Əhalinin bank borcu rekord həddə çatıb - RƏQƏMLƏR

Əhalinin bank borcu rekord həddə çatıb - RƏQƏMLƏR

Azərbaycanda banklar tərəfindən verilən kreditlərin yarıdan çoxu ev təsərrüfatlarına ayrılıb. 

 

Sfera.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin sonunda bankların verdiyi kreditlərə görə yaranan borcun məbləği 27 milyard 478 milyon manata yüksəlib. 

 

Bu qədər borcun 16 milyard 358,5 milyon manatı (vaxtı keçmiş kreditlər nəzərə alınmadan - red.) ev təsərrüfatlarının borcudur. Ev təsərrüfatlarının borcu bankların alacağı bütün kredit borcunun 60 faizini təşkil edib. Ev təsərrüfatlarının bir il ərzində kredit borcu 2,84 milyard manatdan, yəni 21 faizdən çox artıb. 2023-cü ilin sonunda ev təsərrüfatlarının kredit borcu 13,5 milyard manat idi.

 

Son 4 ildə isə əhalinin kredit borcu 2,52 dəfə artıb. 2021-ci ilin əvvəlində ev təsərrüfatlarının banklara 6,47 milyard manat borcu var idi. Ötən 4 ildə əhali banklar qarşısında daha 9,9 milyard manat borclanıb. 

 

Dörd il əvvəl banklara olan borcların 46 faizi əhaliyə məxsus idi.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Göydəniz Qəhrəmanov Ümummilli liderə həsr olunmuş kitabının təqdimatında - FOTOLAR

"YAP Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş, xalq artisti, professor Zamiq Əliyevin müəllifi...

Kəlbəcərə gedən yolda maşın aşdı

Göygöl-Toğanalı-Kəlbəcər yolunda minik maşını aşıb.   Sfera.az bildirir ki, hadisə rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb. Rayon saki...

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Azərbaycanın daşınmaz əmlak sektorunda qabaqcıl şirkətlərdən olan “Baku City Residences” daha bir mükafata layiq görülüb.   Sfera.az xəbə...

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişdi

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqınd...

Vanqanın yeni proqnozu üzə çıxdı - Bu ilin iyul ayı və 5 il sonra...

Yaponiyalı manqa yazıçısı (həm yazıçı, həm də rəsam ola bilən, yapon üslubunda şəkilli hekayələr yaradan sənətçidir - red.) Ryo Tatsuki illər öncə verdiyi qeyri...

Cəlilabadda mebel fabrikinin işi dayandırıldı

Cəlilabadda yanğın təhlükəli mebel fabrikinin fəaliyyəti dayandırılıb.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. &nb...