Bakının qədim zərdüşt ibadətgahı - Atəşgah məbədindən FOTOREPORTAJ

Bakının qədim zərdüşt ibadətgahı - Atəşgah məbədindən FOTOREPORTAJ

Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah məbədi qədim zamanlardan bəri zərdüştilik dininin vacib məbədlərindən biri hesab olunur. Bu abidə “Odlar yurdu” adını daşıyan Azərbaycanın tarixi mənzərəsini tamamlayır, hər kəs üçün mistik və heyranedici bir məkan kimi tanınır.

 

Atəşgahın tarixi VIII əsrə qədər gedib çıxır. Xüsusilə burada təbii olaraq yanan qaz mənbələri insanları cəlb edir. Buranın zəngin keçmişi zərdüştlər, hindlilər və hətta islam dönəminin ibadətgahları ilə bağlıdır. O vaxtlar zərdüştilər üçün müqəddəs olan bu yer, yerin altından çıxan təbii qaz mənbələri vasitəsilə daim alovlanıb və buna görə də “Od məbədi” adını alıb.

 

Məbəd, XVIII əsrdə hind tacirləri tərəfindən yenidən tikilib. Bu gün də tarixi-mədəni irsimizin dəyərli incisi kimi qorunur. 1975-ci ildən muzey kimi fəaliyyət göstərən Atəşgah, turistlərin də diqqət mərkəzindədir. Burada zərdüştilik inanclarına, od ibadətinə aid, o dövrün həyat tərzini əks etdirən eksponatlar nümayiş olunur. Atəşgahın memarlığı da xüsusi vurğulanmalıdır. Səkkizbucaqlı həyət, ibadət ocağı və qala divarları ziyarətçilərə unudulmaz tarixi və mədəni təcrübə yaşadır.

 

Sfera.az-ın əməkdaşı isə sözügedən məkandan maraqlı fotoreportaj hazırlayıb. Həmin görüntüləri təqdim edirik:

 

Fotolar: Anar Bayramlı 

 

 

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...