33 yaşlı qadın dəm qazından boğuldu

Hadisə
22:20 / 28.01.2025
4326
Şirvan şəhərində 33 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Sfera.az xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhər Tofiq İsmayılov küçəsi 17 ünvanında qeydə alınıb.
Yaşadığı evdə dəm qazından zəhərlənən Sevinc Məmmədli Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb və həkimə qədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.