Azərbaycanın xarici dövlət borcu azaldılıb

Azərbaycanın xarici dövlət borcu azaldılıb

2024-cü ildə Azərbaycanın dövlət büdcəsindən xarici borca görə 1 milyard 125,2 milyon manat (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat) ödəniş həyata keçirilib. 

 

Sfera.az Maliyyə Nazirliyinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, dövlət borcuna xidmətlə bağlı büdcədən ayrılan vəsaitlərin böyük hissəsi məhz xarici borcun qaytarılması üçün istifadə edilib. Ötən il dövlət büdcəsində dövlət borcuna və öhdəliklərə xidmətlə bağlı 1 milyard 295,6 milyon manat məbləğində vəsait xərclənib. Bunun 87 faizi xarici borc öhdəlikləri ilə bağlı xərclərə yönəldilib. 

 

2024-cü ildəki ödənişlər nəzərə alınmaqla Azərbaycanın xarici dövlət borcu bir qədər də azalaraq 5,16 milyard ABŞ dollarına düşüb. Bu məbləğ 2024-cü il üzrə ümumi daxili məhsulun (ÜDM) 6,9 faizini təşkil edib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...