İnsanlar niyə yaxınları ilə eyni tarixdə vəfat edirlər? - Psixoloji faktorlar AÇIQLANDI

İnsanlar niyə yaxınları ilə eyni tarixdə vəfat edirlər? - Psixoloji faktorlar AÇIQLANDI

Bəzən vəfat edən şəxslərin məhz öz yaxını – atası, anası və ya övladları ilə eyni tarixdə dünyasını dəyişməsi ilə bağlı məlumatlar görürük. Məsələn, elə Azərbaycanın məşhur bəstəkarı Şəfiqə Axundova da 2013-cü ilin iyul ayının 26-da, oğlu Talehdən beş il sonra, onunla eyni gündə dünyasını dəyişib. Maraqlıdır ki, bu kimi hallar son zamanlar xüsusilə çoxalıb.  

 

Niyə bəzi insanlar yaxınları ilə eyni tarixlərdə vəfat edir? Bunun arxasında duran psixoloji faktorlar nələrdir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq Nahidə Axundova deyib ki, yaxın qohumların eyni tarixdə vəfat etməsi ilə bağlı halların psixoloji və ya tibbi izahı hələ də tam şəkildə öyrənilməyib. Müsahibimizin sözlərinə görə, buna baxmayaraq, bu məsələnin bir sıra izahları var:

 

“Bu cür halların təsadüfi olduğunu deyənlər var. Lakin qeyd etməliyəm ki, insanlar arasında dərin psixoloji və emosional bağlar mövcuddur, xüsusilə valideynlər və övladlar arasında bu belədir. Bu bağlar bəzən emosional vəziyyətə, stress səviyyəsinə, hətta fiziki sağlamlığa təsir göstərə bilər. Məsələn, yaxın birini itirən şəxslərdə kədər və stress artır, nəticədə tibbi risklər yaranır, bu da bəzən ölümlə nəticələnir. Yaxud ola bilər ki, insanlar müəyyən xüsusi tarixlərə şüuraltı olaraq əhəmiyyət versinlər. Bu, insan psixikasında bir təsir yarada və bədənin bioloji funksiyalarına da təsir edə bilər. Xatirələr və itkilərlə bağlı olan tarixlər, insanların daxili sakitliyini və sağlamlığını poza bilər”.

 

Psixoloq “qırılan ürək” sindromundan da söz açıb:

 

“Yaxın birinin itkisindən sonra bəzi insanlar bu sindromdan əziyyət çəkə bilərlər. Bu, ciddi emosional şokun ürəkdə real fizioloji dəyişikliklərə səbəb olduğu haldır. “Qırılan ürək” sindromu bəzi hallarda ölümə səbəb olur, yəni itki yaşayan qohumlar eyni tarixlərdə vəfat edə bilərlər. Digər tərəfdən, eyni ailədən olan şəxslərin genetik meyilləri, irsi xəstəlikləri və ya həyat tərzlərinin də oxşar olması mümkündür. Bu, ailə üzvlərinin oxşar yaş dövrlərində və ya şəraitlərdə həyatını itirmə ehtimalını artırır. Lakin düşünürəm ki, bu cür halların artması kimi görünən tendensiya bəzən informasiya vasitələrinin belə hadisələrə daha çox diqqət yetirilməsi ilə əlaqəlidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...