Bu şəxslərə birdəfəlik pul mükafatı veriləcək - Maliyyə Nazirliyindən AÇIQLAMA

Bu şəxslərə birdəfəlik pul mükafatı veriləcək - Maliyyə Nazirliyindən AÇIQLAMA

Son dövrlərdə hərbçilərin maaş artımı ilə bağlı müsbət qərarlar qəbul edilib. Prezident İlham Əliyevin imzaladığı son fərmanlarla hərbçilərin əməkhaqları artırılıb.

 

Bununla yanaşı, hərbçilərə 13-14-cü maaşların ödənişi mövzusu da gündəmdədir. Bu təşəbbüs, həm dövlətin hərbçilərə göstərdiyi xüsusi diqqəti, həm də onların sosial rifahının daha da yaxşılaşdırılmasını hədəfləyir. 

 

Maraqlıdır, 13-14-cü maaşların ödənişi nə vaxt həyata keçiriləcək? 

 

Sfera.az bildirir ki, məsələ ilə bağlı Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev Ajans.az-a bildirib ki, hərbçilərə verilən 13-14 maaşla bağlı maliyyələşmə həyata keçirilir:

 

"Bəli, hərbi qurumların 2025-ci il üçün saxlanılması xərclərində bu məqsədlə müvafiq məbləğdə vəsaitlər nəzərdə tutulub. Belə ki, 2024-cü ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin yerinə yetirilməsinə və nöqsansız  intizama görə hərbi qulluqçulara vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafat verilir". 

 

Artıq, hərbi qurumlar tərəfindən təqdim edilmiş müvafiq sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi vasitəsilə sözügedən vəsaitin maliyyələşdirilməsi həyata keçirilir",- deyə Mayis Piriyev qeyd edib. 


OXŞAR XƏBƏRLƏR

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...