Hərbçimiz odlu silahdan açılan atəşdən öldü


Hərbçimiz odlu silahdan açılan atəşdən öldü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Camal Nizami oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

 

Sfera.az bildirir ki, bu barədə, hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

 

Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin  əməkdaşları tərəfindən müvafiq baxışlar aparılmış, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də digər hərəkətlər icra edilib.

 

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.


OXŞAR XƏBƏRLƏR

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...