“İnstagram”ın yeni Video Redaktə Tətbiqi təqdim edildi


“İnstagram”ın yeni Video Redaktə Tətbiqi təqdim edildi

“İnstagram” video məzmun yaradıcıları üçün yeni proqram olan “Edits”i təqdim etməyə hazırlaşır. “Meta”nın bu yeni proqramı mobil telefonlardan peşəkar səviyyəli videolar yaratmağa imkan verən yaradıcı alətlərin tam dəsti kimi təqdim olunur.

 

Sfera.az bildirir ki, ABŞ-da “TikTok” və “CapCut”ın yaşadığı hüquqi problemlərdən sonra təqdim edilən yeni redaktə tətbiqi fevral ayında istifadəçilərin ixtiyarına veriləcək.
 

Qeyd edək ki, Çinin ana şirkəti “ByteDance”in bir hissəsi olan “TikTok” sosial şəbəkə tətbiqi ilə mobil video montaj tətbiqi “CapCut” arasında hüquqi dava ABŞ-da davam edərkən, “İnstagram” prezidenti Adam Mosseri sosial şəbəkəsində yayımladığı videoda yeni hazırlanmış tətbiqi təqdim edib. Sosial media hesabında Mosseri:
 

“Hal-hazırda, internetdə 100% video redaktə proqramları var, amma nə olursa olsun, biz ən cəlbedici alətləri yaratmağı öz vəzifəmiz hesab edirik. Bu, tək “Instagram” üçün deyil, bütün platformalar üçün, video çəkən hamınız üçün nəzərdə tutulub”- yazıb.
 

Mosseri “Edits”in sadəcə bir video redaktə vasitəsi olmadığını vurğulayaraq, tətbiqin mobil telefonlar vasitəsilə video yaratmağa imkan verən tam yaradıcı alətlər dəsti olaraq nəzərdə tutulduğunu bildirib. Fevral ayında buraxılışı planlaşdırılan tətbiqin təqdimat tarixi 13 Mart olaraq qeyd edilir.
 

Onu da qeyd edək ki, ötən gün “TikTok”un ABŞ-da bir Amerika şirkətinə satılmadığı təqdirdə qanunla qadağan ediləcəyi bildirilib. “TikTok”a əlavə olaraq, “CapCut” da ölkədə bloklanıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, “Truth Social” sosial media platformasında “TikTok” qadağası ilə bağlı açıqlama verərək:
 

“Bazar ertəsi, müddəti uzadacaq bir sərəncam verəcəyəm. Qanunun müddəaları qüvvəyə mindiyi zaman milli təhlükəsizliyimizi qoruya bilək. Razılaşa bilərik” - deyə bildirib.
 

O, sözügedən fərmanla “TikTok”a qadağa qoyulmasının qarşısını alan şirkətlərin hüquqi məsuliyyət daşımayacağını da vurğulayıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tir...

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...