Hamilə qadınlar bunları yesin


Hamilə qadınlar bunları yesin

Hamilə olduğunuz zaman körpənizin sağlam inkişafı sizin qəbul etdiyiniz qidalardan asılıdır. Düzgün qidalanma normal bir hamiləliyin və dölün tam inkişafını təmin edir.

 

Sfera.az hamiləlik zamanı qəbul edəcəyiniz məsləhətli qidaları sizə təqdim edir.

 

Süd məhsulları

 

Süd, qatıq, kəsmik və pendirin tərkibində olan kalsium körpənin sümüklərinin və dişlərinin formalaşması üçün mütləqdir.

 

Paxlalı bitkilər

 

Zülal və karbohidrat tərkibli olan noxud, lobya, mərci və soyadan istifadə etmək ana və uşağın sağlamlığı üçün vacibdir.

 

Qramafonçiçək batat (Şirin kartof)

 

Hamiləlik zamanı A vitamini qəbul etmək lazımdır. Lakin bunu heyvan mənşəli məhsullardan almaq məsləhət deyil. Şirin kartofda kalsium, C və A vitaminləri və beta karotinlə bol olduğu üçün istifadəsi önəmlidir.

 

Balıq

 

Balıq hüceyrə funksiyası, beyin və göz inkişafı üçün əhəmiyyətli olan omeqa-3 yağ turşusunun əsas mənbəyidir. Həftədə iki dəfə D vitamini ilə zəngin olan somon balığı yemək tövsiyə olunur.

 

Yumurta

 

Gün ərzində bir ədəd yumurta yedikdə lazım olan  protein, dəmir və B12 vitaminini qəbul etmiş olursunuz.

 

Yarpaqlı tərəvəzlər

 

C, A, K vitaminləri ilə zəngin brokoli, kahı, ispanaq, kələm və s. yarpaqlı tərəvəzlər hamilə qadınlar üçün təhlükə yaradan qəbizliyin də qarşısını alır.

 

Ət

Zülal körpənin orqanizmi üçün xeyirlidir. Heyvan mənşəli zülallar daha faydalı hesab olunur. Mal əti, qaraciyər və toyuqdan hazırlanan yeməklər zülal ilə yanaşı dəmir ehtiyatını da təmin edir.

 

Çiyələk

 

Karbohidrat, dəmir və C vitamini qəbul etməyin ləzzətli yolu çiyələk yeməkdir.

 

Avokado

 

Avokado bol lif, fol turşusu, B6 və C vitaminləri ilə zəngindir. Lifli quruluşu sayəsində qəbzliyin qarşısını alır, ürək bulanmasını kəsir, körpənin beyin və sinir sisteminin inkişafına müsbət təsir edir.

 

Manqo

 

Manqo hamiləlik boyu yeyilə biləcək ən faydalı meyvələr sırasındadır. Bu meyvə A, C vitamini və kalium cəhətdən zəngindir. Manqonu salatlarınıza və ya şirniyyatlarınıza da əlavə edə bilərsiniz.

 

Günəbaxan tumu

 

Günəbaxan  tumu sadəcə omega-3 və omega-6 yağlı turşuların mənbələri deyil, həmçinin,  magnezium, A,B,D,E və K vitaminləri, kalsium, dəmir, kalium və sink ilə boldur. Bu da hamilələr üçün möhtəşəm seçimdir.

 

Çərəz və quru meyvələr

 

Hamiləlikdə qoz, fındıq, fıstıq, badam və quru meyvələr yemək lazımdır. Quru meyvələr sizin və körpənizin sağlamlığı üçün çox vacib olan yağlara sahibdir. Qoz-fındıq maqnezium, mis, kalium, kalsium və vitamin E tərkiblidir. Bu vitaminlər körpənizin beyninin inkişafına müsbət təsir edir.

 

Su

 

Sistitin və qəbizliyin qarşısını almaq üçün su içmək mütləqdir. Gün ərzində iki litrə yaxın sudan istifadə etmək məsləhətdir. Kifayət qədər su içmədikdə, uşaq qarnınızda susuz qala bilər.

 

Qeyd edək ki, həddindən artıq yemək qadağandır. Yeməkdən sui-istifadə yalnız çəki artımı ilə yanaşı dölün obezliyinə də səbəb ola bilər.


OXŞAR XƏBƏRLƏR

ABŞ-də varlılara yüksək vergilər tətbiq edilə bilər - Tramp razılığını verdi

ABŞ Prezidenti Donald Tramp cümə günü verdiyi açıqlamasında varlı amerikalılar üçün vergi dərəcəsinin artırılmasına qarşı olmayacağını bildirib. Tramp bu fikrin...

Tramp Çinə xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp cümə günü Truth sosial şəbəkəsində verdiyi açıqlamada Çin hakimiyyətini sərt tənqid edib.   Sfera.az xəbər verir ki, bild...

"Pakistana çox sərt cavab veriləcək" - Hindistan XİN

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Pakistanın mümkün hərbi hərəkətlərinə qarşı “çox sərt” cavab veriləcəyini bəyan edib. ...

Fridrix Merz: “Ciddi danışıqlar başlaya bilər”

Almaniyanın kansleri Fridrix Merz bu həftə sonu Ukrayna münaqişəsinə son qoymaq məqsədilə “ciddi danışıqların” başlanacağına ümid etdiyini bildirib....

Mayın 10-u və 11-i ilə bağlı XƏBƏRDARLIQ... - İki gün...

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 10-11-də bəzi bölgələrdə gö...

Ətir alarkən aldanmayın - Qoxunun necə dəyişdiyini izləyin

Ətir insanın xarakterini və zövqünü əks etdirən incə bir detaldır. Gündəlik həyatda özümüzü daha inamlı və cəlbedici hiss etməyimizə kömək edir. Lakin bazarda m...