Kolumbiyada fövqəladə vəziyyət elan edildi

Dünya
12:23 / 21.01.2025
6359
Kolumbiya prezidenti Qustavo Petro respublikanın şimalında silahlı qruplar arasında toqquşmalarla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
Sfera.az xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.
"Daxili qarışıqlıq və iqtisadi sahədə fövqəladə vəziyyətlə əlaqədar xüsusi vəziyyət elan edilib. Ümid edirəm ki, ədliyyə sistemi bizə dəstək verəcək”, - Petro qeyd edib.