Vəzifəli şəxsin sürücüsü TUTULDU


Vəzifəli şəxsin sürücüsü TUTULDU

Ağdam rayonunun işğaldan azad olunmuş Kəngərli kəndi ərazisində tikinti işləri aparan Körpü Bina Tikinti Şirkətinin vəzifəli şəxsinin sürücüsü həbs edilib.

 

Sfera.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1997-ci ildə Yevlax rayonu Ərəş kəndində anadan olmuş Fərrux Rəsulov (şərti) Kəngərli kəndində saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunub.

 

Fərrux Rəsulov həmin kənddə QAZ-31 markalı avtomobili yüksək sürətlə idarə etdiyinə görə saxlanılıb. Ağdam polis əməkdaşlarına sənədlərini təqdim etməyib və "gedin işinizlə məşğul olun" kimi ifadələr işlədib.

 

Məhkəmənin qərarı ilə Fərrux Rəsulov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və 10 gün müddətində inzibati qaydada həbs edilib.


OXŞAR XƏBƏRLƏR

Zelenski və Ərdoğan sabah Avropa liderləri ilə Albaniyada görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Siyasi Birliyini...

Kürdə suyun səviyyəsi son 15 ildə ilk dəfə artdı

2010-cu ildə baş verən daşqınları çıxmaq şərti ilə, yaxın 15 ildə Kürdə suyun qalxması nəticəsində çay öz məcrasından çıxmayıb. Son illərdə ilk dəfədir ki, bu i...

Mövsümün ən yaxşı baş məşqçisi kim olacaq?

İngiltərə Premyer Liqası 2024/25 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə turni...

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Səh...