Metrodakı faciəvi hadisələrin qarşısı necə alına bilər? - Ekspertdən TƏKLİF

Metrodakı faciəvi hadisələrin qarşısı necə alına bilər? - Ekspertdən TƏKLİF

Zaman-zaman Bakı Metropoliteninin stansiyasında faciəvi hadisələrin qeydə alındığını görürük. Xüsusilə də qatar platformaya daxil olan zaman sərnişinlərin relsin üzərinə düşərək öldüyü barədə xəbərlər olur.

 

Maraqlıdır, bu cür halların qarşısı necə alına bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, Bakı metrosu Sovet İttifaqı dövründə çəkilən tunel və relslər üzərində qurulub:

 

“Stansiyaların həndəsi ölçüləri və dayaqların ümumi ölçüsü hardasa sərnişin axınının istiqamətlənməsini yüksək səviyyədə təmin edə bilmir. Məsələn,  "28 May", "İçərişəhər", "Sahil" stansiyalarının sərnişin tutumu ilə "Koroğlu" metrosu və yaxud "Ulduz" metrostansiyasının sərnişin tutumu eyni deyil, söhbət platformadan gedir... O cümlədən platformalarda qatar qəbulunun ümumi olaraq 5 vaqon tipli olması da, əlavə olaraq özündə bir sərnişin daşımada gərginlik yarada bilir.  Sıxlığı daha yüksək olan "28 May", "İçərişəhər", "Sahil", "Koroğlu", "20 Yanvar" və digər stansiyalarda, innovativ istifadə qaydalarını və müasir texnologiyanın istifadə edildiyi şüşə çəpərləmə sistemlərini tətbiq etmək olmur. Düzdür, bu, bəzi stansiyalarda mümkündür. Orta dayaq sütunları, icazə verilən sərnişin axınını təmin edə bilirsə, burada platformalara yaxınlaşan zaman şüşə arakəsmələrdən istifadə ola bilər. Mahiyyət etibarilə stansiyaya daxil olan qatar dayanır, platformada şüşə arakəsmə açılır və sərnişinlər təhlükəsiz şəkildə düşə, minə bilirlər”.

 

Ekspert bildirdi ki, bu gün sərnişin axınlarına nəzər salan zaman, metrodan istifadə edənlərdə müəyyən psixoloji gərginliklərin yaşandığını da görmək olar:

 

“Taksidən gəlib düşənlər, zamanına qənaət edənlər, səhhətində hər hansı problemlər olanlar metroya yaxınlaşır və sərnişinlərin sayının çoxluğunu görürlər, onlarda psixoloji gərginlik yaşanır...Yəni bunlar hamısı bir nöqtədə birləşir və nəticədə istər özündəngetmə və yaxud xəttə düşmə kimi hadisələr baş verir. Birinci növbədə, icazə verilən stansiyalarda şüşə ara kəsmələrin tətbiq edilməsi vacibdir. İkincisi, stansiyalardakı sarı xətlərə müəyyən səs, işıq siqnalizasiyası quraşdırıla bilər. Şəxsə xəbərdarlıq tuneldə olan maşinist köməkçisinin, platformanı tənzimləyən və metronu istiqamətləndirən əməkdaşın səsucaldıcıdan istifadəsi ilə deyil, texnologiya ilə də edilə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...