Rusiyanın Avropaya qaz satışından gəliri AZALDI - SƏBƏB

Rusiyanın Avropaya qaz satışından gəliri AZALDI - SƏBƏB

2024-cü ilin 11 ayının nəticələrinə əsasən, Rusiyanın Avropa İttifaqı (Aİ) ölkələrinə satdığı təbii qazdan əldə etdiyi ümumi gəlir 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz azalıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Avropa Statistika Xidməti (Eurostat) açıqlayıb. Yanvar-noyabr aylarında Aİ ölkələri boru kəmərləri vasitəsilə Rusiyadan ümumilikdə 6,7 milyard avro dəyərində qaz alıb.

 

Qazın əsas hissəsini Slovakiya alıb. Slovakiya Rusiyadan 1,2 milyard dəyərində yanacaq alaraq Rusiyanın Avropaya qaz ixracında 20 faiz paya sahib olub. Rusiyanın Avropaya qaz ixracından gəliri azalsa da, satılan qazın həcmi azalmayıb, əksinə bir qədər artıb.

 

Rusiya 2024-cü ilin ilk 11 ayında əvvəlki ilin eyni dövrünə nisbətən 16 faiz çox həcmdə qaz satıb. Avropa Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) da alır. Boru kəmərləri ilə satılan qazda olduğu kimi, maye qaz satışında da gəlir azalıb. 2024-cü ilin ilk on bir ayında maye qaz satışından gəlir 15 faiz azalaraq 6,3 milyard avro olub.

 

Beləliklə, qeyd edilən dövrdə Rusiyanın Avropaya qaz satışından əldə etdiyi ümumi gəliri 13 milyard avro təşkil edib.

 

Qeyd edək ki, Rusiyanın Aİ-yə satdığı qazdan gəlirin azalması qiymətlərin enməsi ilə bağlıdır.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...