Bu il 300-dək alim mükafatlandırılacaq - RƏSMİ

Bu il 300-dək alim mükafatlandırılacaq - RƏSMİ

"Clarivate” şirkətinin mütəxəssisləri ilə birgə hazırlanmış proqram çərçivəsində bu il 300-dək alim mükafatlandırılacaq.

 

Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Agentlikdən bildirilib ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən ildən başlayaraq elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir. Proqram çərçivəsində ötən il 150-dək alim aylıq 1000 manatadək mükafat alırdısa, elmi ictimaiyyətdə proqrama artan maraq səbəbindən bu il 300-dək alim mükafatlandırılacaq.

 

Cari ildə tətbiq ediləcək hesablama qaydası dünyada ən qabaqcıl elmmetrik və bibliometrik şirkətlərdən hesab olunan “Clarivate” şirkətinin mütəxəssisləri ilə birgə hazırlanıb. Hesablama qaydasında həm “Scopus”, həm də “Web of Science” bazalarında olan göstəricilər əsas götürülüb. Belə ki, yeni qaydaya əsasən, hər iki bazada son 6 il ərzində ən azı 3 məqaləsi olan müəlliflər dəyərləndiriləcəkdir.

 

Yanaşmada tətbiq edilən digər yenilik isə alimlərin elmi işlərinin keyfiyyətinin bir neçə meyar üzrə ölçülməsi olacaqdır. Bu göstəricilərə aşağıdakılar aiddir:

 

-hər iki baza üzrə elmi işlərin sahə üzrə istinad təsiri göstəriciləri;
-elmi işlərin Q1 və Q2 kvartilli jurnallarda dərc olunması;
-dünya üzrə ən oxunaqlı top 10% elmi iş siyahısında yer alma;
-həmmüəllif sayı.

 

Qeyd edək ki, hesablama hər ay yenidən aparılacaq və həmin ay üzrə minimal şərtlərə tələb verən alimlər mükafatlandırılacaqdır.

 

Mükafatlandırmanın keçirilməsində əsas məqsəd alimlərin obyektiv göstəricilərə əsasən fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...