"Bu saziş regionda yeni gərginliyə səbəb olacaq" - Politoloq

"Bu saziş regionda yeni gərginliyə səbəb olacaq" - Politoloq

ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi müzakirə obyektinə çevrilib. Bu addımın mümkün nəticələri gündəmdədir. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, sözügedən saziş regionda ciddi müzakirə olunur:

 

“Biz artıq Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında buna reaksiya verdiyini də gördük.Qeyd etmək lazımdır ki, bundan öncə ABŞ və Ermənistan arasında tərəfdaşlıq yönündə dialoq sazişi imzalanmışdı. İndi bunu strateji tərəfdaşlıq sazişi səviyyəsinə qaldırırlar. Əlbəttə bu, hər bir ölkənin suveren seçimidir. Lakin məsələ bundan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda maraqların savaşının şahidiyik. Belə olan halda, Ermənistan vasitəsilə Avropa İttifaqı, ABŞ regiona müdaxilə etmək cəhdlərini ifadə edirlər. Nəzərə almaq lazımdır ki, Ermənistan Rusiya ilə müttəfiqlik münasibətlərinə malikdir. İrəvanın İran və Türkiyə ilə sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Ermənistanda Rusiyanın "102-ci hərbi baza"sı mövcuddur. Bu ölkə Avrasiya İqtisadi Birliyinin və KTMT-nin üzvüdür. Belə olan halda, ABŞ-nin Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalaması regionda yeni gərginliyə səbəb ola bilər”.

 

Müsahibimizin sözlərinə görə, Trampın andiçmə mərasimindən əvvəl bu sazişin imzalanması sanki ABŞ-də Demokratların Ermənistan qarşısında müəyyən öhdəliklər götürdüyünü, onu icra etməyə cəhd göstərdiyini deməyə əsas verir:

 

“Bu, gələcəkdə Ermənistan və Rusiya arasında daha sərt və kəskin münasibətlərə gətirib çıxara bilər. Nəticədə Rusiya bazasının Ermənistanı tərk etməsi, Avropa İttifaqının mülki missiyası adı altında regiona yerləşən qüvvələrin NATO bazasına çevrilməsi və Ermənistanın anti-Rusiya sanksiyalarına qoşulması prosesi baş verə bilər. Bunlar mümkün ssenarilər içərisindədir və bu barədə Kremldə də düşünməlidirlər. Sadəcə olaraq bunu bir sənəd kimi gözdən keçirmək sadəlövhlük olar, bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Region dövlətləri də bu məsələyə ayrı-ayrılıqda reaksiya verməlidirlər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bakı və Abşe...

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

“Melissa Group”un rəhbəri həbsdən buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.  ...