Lavrov: "Moskva və Bakı təyyarə qəzası məsələsini həll edə bilər"

Lavrov: "Moskva və Bakı təyyarə qəzası məsələsini həll edə bilər"

"Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qara qutularının dekodlanması mediada verilən bəzi ilkin qənaətləri təsdiqləmir". 

 

Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

 

"İstintaq çərçivəsində Braziliyada xüsusi iclas keçirildi, biz qara qutuları açdıq, onların məzmunu artıq çoxlu maraqlı məlumatlar təqdim edib. Onların məzmunu bizi bir daha əmin edir ki, tam hüquqlu araşdırmanı gözləmək lazımdır. Səs yazıcılarından alınan stenoqram məlumatları araşdırmanın yekun nəticələrini gözləməyin zəruriliyini göstərir. Təsdiqlənməyən məlumatlardan istifadə edərək media məkanında atmosferi gərginləşdirməyə ehtiyac yoxdur".

 

O qeyd edib ki, Rusiya Federasiyası Azərbaycan tərəfi ilə əlaqələrin inkişafını yüksək qiymətləndirir.

 

Lavrovun sözlərinə görə, Moskva və Bakı istənilən məsələləri, o cümlədən təyyarə qəzası məsələsini həll edə bilər.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...