“Kapital Bank” “Time” jurnalında: Fərid Hüseynovun müsahibəsi jurnalın xüsusi buraxılışında yer alıb

“Kapital Bank” “Time” jurnalında: Fərid Hüseynovun müsahibəsi jurnalın xüsusi buraxılışında yer alıb

Ölkənin birinci bankı “Kapital Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktor Fərid Hüseynovun dünyanın ən nüfuzlu jurnallarından biri olan “Time” jurnalının xüsusi buraxılışında müsahibəsi yayımlanıb.

 

Müsahibədə F.Hüseynov “Kapital Bank”ın 150 illik zəngin tarixindən və bu illər ərzində ölkənin bankçılıq sektoruna gətirdiyi innovativ həllərdən bəhs edib. O, bankın rəqəmsal transformasiya prosesində süni intellektin tətbiqinə xüsusi diqqət yetirdiyini və bunun nəticəsində müştərilərə təqdim olunan rəqəmsal həllərin keyfiyyətinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Bankın sədri, eləcə də “Kapital Bank”ın yaşıl bankçılıq prinsiplərinə sadiq qalaraq ətraf mühitin mühafizəsinə töhfə verdiyini və müştəri məmnuniyyətini hər zaman ön planda tutduğunu bildirib.

 

“Kapital Bank”ın qeyri-neft sektorunda ölkə iqtisadiyyatının inkişafına dəstək olan maliyyə institutlarından biri olduğunu qeyd edən F.Hüseynov bu istiqamətdə bankın infrastruktur layihələrinə, təhsilin inkişafına yatırdığı investisiyalardan danışıb: “Yeni texnologiyanın gücündən tam istifadə etmək üçün güclü və istedadlı komandaya daim ehtiyac var və bu istedadların sizinlə qalmasını təmin etməlisiniz. “Kapital Bank”ın Azərbaycanda beş milyondan çox müştərisi var. Bank olaraq bizi müştəri mərkəzli xidmətdə zirvələrə daşıyan əməkdaşlarımızın da daxili müştərilərimiz olduğunu və onların rifahına da önəm verməyin vacibliyini anlayırıq”.

 

O, həm də 5000-dən çox əməkdaşı ilə “Kapital Bank”ın ölkənin əmək bazarının inkişafına da əhəmiyyətli töhfəsini vurğulayıb.

 

Eyni zamanda, gələcəyə baxışla bağlı danışan F.Hüseynov “Kapital Bank”ın daim inkişaf etməkdə olan texnologiyaları tətbiq etməklə müştərilərinə daha müasir və rahat bank xidmətləri təqdim etməyə davam edəcəyini bildirib. O, bankın həm yerli, həm də beynəlxalq bazarda mövqeyini daha da gücləndirəcəyinə və Azərbaycan iqtisadiyyatının inkişafında önəmli rol oynamağa davam edəcəyinə əminliyini ifadə edib.

 

Məqaləni oxumaq üçün: //time.com/partnercontent/

 

Qeyd edək ki, 1923-cü ildən nəşr olunan “Time” jurnalı dünyanın ən geniş oxucu kütləsinə malik həftəlik media orqanlarından biri hesab olunur. Jurnalın 2024-cü ilin son günlərində çıxan bu sayı daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, bu buraxılış tarixdə ilk dəfə olaraq Donald Trampın ikinci dəfə “İlin adamı” seçilərək jurnalın üz qabığında yer alması ilə xüsusi əhəmiyyət kəsb edir.


OXŞAR XƏBƏRLƏR

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...