Dünyada ən çox satılan telefonlar - Çinlilər bazar payını ARTIRIR

Dünyada ən çox satılan telefonlar - Çinlilər bazar payını ARTIRIR

2024-cü ildə qlobal smartfon bazarında iki illik tənəzzüldən sonra 4% artım qeydə alınıb. 
 

Sfera.az “Counterpoint Research”in hesabatına istinadən xəbər verir ki, smartfon bazarında ən böyük paya “Samsung” sahibdir. Onun bazar payı 19 % təşkil edib. Son 3 ildə “Samsung”un bazar payı iki faiz bəndi azalıb. 

 

İkinci sırada qərarlaşan “Apple”nin bazar payı dəyişməyib və 18 %-də qalıb. Bazar payını stabil artıran şirkət “Xiaomi”dir. Onun bazar payı son 3 ildə 12.5-dən 14 %-ə çatıb. 

 

Analitiklər qeyd edirlər ki, “Xiaomi”nin payının artmasında premium sinfə keçid və aqressiv marketinq əsas rol oynayıb. 

 

Sıralamada dördüncü və beşinci yeri tutan şirkətlər də Çinə məxsusdur. "OPPO" və "Vivo" smartfonlarının hər birinin payı 8 faizdir. 

 

“Counterpoint Research” şirkətinin təhlili onu da göstərir ki, premium smartfonlara tələbat artıb. Xüsusilə, Çində “iPhone Pro” və “Pro Max” satışlarının payı 2023-cü ildəki 40%-dən 2024-cü ildə 50%-ə yüksəlib. 

 

Süni intellekt xüsusiyyətlərinin tətbiqi insanları öz telefonlarını daha premium telefonlara təkmilləşdirməyə təşviq edir. 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...