MEDİA-nın Müşahidə Şurasının 2025-ci il üzrə ilk iclası keçirildi - FOTOLAR

MEDİA-nın Müşahidə Şurasının 2025-ci il üzrə ilk iclası keçirildi - FOTOLAR

14 yanvar tarixində Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2025-ci il üzrə ilk iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov və İcraçı direktorun müavini Natiq Məmmədli iştirak ediblər.

 

İclasın gündəliyinə əsasən Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova tərəfindən Agentliyin 2024-cü il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub. Hesabatda media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin, kommunikasiyaya məsul şəxslərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, həmçinin media sahəsində beynəlxalq əlaqələrin qurulması və inkişafı, COP29 çərçivəsində Agentlik tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verilmiş, Şura üzvləri tərəfindən nizamnaməyə uyğun olaraq icra edilən layihələrin əhatə dairəsinin daha da genişləndirilməsi üçün yeni təkliflər irəli sürülmüşdür.

 

Daha sonra Agentliyin maliyyə və təminat departamentinin direktoru Orxan Hümbətzadə qurumun Nizamnaməsinin 4.7.6-cı yarımbəndinə uyğun olaraq, bütün fəaliyyət istiqamətləri əhatə edilməklə cari il üçün maliyyə planlaşdırması barədə məlumat vermiş, Şura üzvləri Agentliyin 2025-ci il üzrə nəzərdə tutulmuş büdcə daxilində vəsaitin bölgüsünü qənaətbəxş hesab etmişlər.

 

Bundan əlavə, müzakirələr zamanı media sahəsinin inkişafını dəstəkləyəcək strateji layihələr, innovativ yanaşmaların təşviqi və resursların səmərəli bölüşdürülməsi məsələləri nəzərdən keçirilmiş, fikir mübadiləsi aparılmışdır.

 

MEDİA-nın Müşahidə Şurasının 2025-ci il üzrə ilk iclası keçirildi - FOTOLAR

​​​​​​​MEDİA-nın Müşahidə Şurasının 2025-ci il üzrə ilk iclası keçirildi - FOTOLAR

MEDİA-nın Müşahidə Şurasının 2025-ci il üzrə ilk iclası keçirildi - FOTOLAR

MEDİA-nın Müşahidə Şurasının 2025-ci il üzrə ilk iclası keçirildi - FOTOLAR

 


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqdakı zorakılığa yalnız bir şəhər və ya cinayət qanunvericiliyi müstəvisində baxmaq sadəlövhlükdür

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət xüsusi amansızlığı ilə seçilir. Milli, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olm...

Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? - AÇIQLAMA

Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüks...

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...