"Nazirə gələn saxta məktuba görə Rusiyanın özü günahkardır, çünki..." - ŞƏRH

"Nazirə gələn saxta məktuba görə Rusiyanın özü günahkardır, çünki..." - ŞƏRH

Ötən gün internetdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova ingilis dilində yazılmış qondarma məktubun göndərildiyi istiqamətində xəbərlər yayıldı. Bu məktubda deyilir ki, Rusiyan hava məkanından təhlükəsiz istifadəyə zəmanət verə bilməz. Bununla bağlı Rusiyanın Xarici İşlər Nazirliyi də məlumat yaydı və qeyd etdi ki, iddia edilən saxta məktub siyasi sifarişdir və “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı spekulyasiya etmək cəhdidir.  

 

Maraqlıdır, bu açıqlama ilə Rusiya əslində kimi günahlandırır? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, bu məktub istər saxta olsun, istər real, əslində belə şəraitin yaranmasının arxasında Rusiyanın addımları dayanır:

 

“Yəni AZAL təyyarəsinin o formada qəzaya uğradılması beyinlərdə bir çox sualları ortaya qoymuş oldu. Düşünmürəm ki, bu mövzunun üzərindən keçmək asan məsələdir. Əlbəttə, əgər bir hadisə baş veribsə və onun araşdırılması obyektiv şəkildə ortaya qoyulubsa, o zaman bəzi nüansların qaranlıq qalması mümkün deyil. Fikrimcə, Rusiya təyyarəni vurduqdan sonra, bununla bağlı dürüst formada “Bəli, biz vurduq və səbəblər də var idi” desəydi, üzrxahlıq etsəydi, bu məsələ çoxdan bağlanardı. Lakin Rusiya tərəfi üzrxahlıq etsə də, sanki onların günahı yoxmuş kimi qələmə verməyə çalışması və bu tərzdə üzr istəmək cəhdləri əlbəttə, bir çox suallar yaradır. Bu, saxta məktubla bağlı fikirləri də ortaya çıxarır və ya başqa informasiyalar da yayılır, əməkdaşlıq münasibətlərinə xələl gətirə biləcək proseslər də ola bilir”.

 

Müsahibimiz qeyd etdi ki, burada Avropa, ABŞ və ya başqa qüvvələrin günahkar olduğunu düşünmür:

 

“Məsuliyyət birbaşa Rusiyaya aiddir. Rəsmi Moskva bunu həll etməli, suallar yaratmamalı idi. Suallar yaranıbsa, baş verən hadisə ilə bağlı yeni spekulyasiyalar ortaya çıxa bilər və bu da artıq ABŞ-nin, Avropanın, digər qüvvələrin maraqlarına xidmət etmək kimidir. Təbii ki, indi dezinformasiyaların daha geniş yayılması üçün kifayət qədər şərait var. Belə olan halda, baş verən hadisə ilə əlaqəli müxtəlif fikirlər yarana bilər. Düşünürəm ki, əsas problem Rusiyadadır, başqasını hədəf göstərmək doğru yanaşma olmazdı”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...