Elektrikli avtomobil satışlarında REKORD - Bu ölkə liderdir

Elektrikli avtomobil satışlarında REKORD - Bu ölkə liderdir

Böyük Britaniyada yerləşən “Rho Motion” araşdırma şirkəti tərəfindən açıqlanan məlumatlara əsasən, 2024-cü ildə dünyada elektrikli avtomobil satışlarında rekord qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, qlobal elektrikli avtomobil satışları keçən il 2023-cü illə müqayisədə 25 faiz artıb. Belə yüksək artımdan sonra illik satışlar 17,1 milyon ədədə yüksəlib.

 

Regionlar üzrə götürsək, Avropa bazarında elektrikli avtomobil satışları keçən il 2023-cü ilə nisbətən 3 faiz azalaraq 3 milyon olub. ABŞ və Kanadada satışlar 9 faiz artıb və 1,8 milyona çatıb.

 

Elektrikli avtomobil satışlarının yarıdan çoxu Çində olub. Ötən il Çində satışlar illik müqayisədə 40 faiz artaraq 11 milyona çatıb. 2024-cü ildə ölkədə elektrikli avtomobil satışlarının üçdə birindən çoxu BYD modelləri olub ki, bu da onu ən çox satılan elektrikli avtomobil markasına çevirib.

 

Beləliklə, ötən il dünyada satılan elektriklə işləyən avtomobillərin 11 milyonu Çində, 3 milyonu Avropada, 1,8 milyonu ABŞ və Kanada bazarlarında, 1,3 milyonu isə dünyanın qalan hissəsində olub. Dünyanın digər yerlərində 1,3 milyonluq satış sayı 2023-cü ilə nisbətən 27 faiz artım deməkdir.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi

Tbilisi məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari məbləğində girovu həbslə əvəzləyib.  ...

Dünyanın ən kasıb prezidenti vəfat etdi

Uruqvayın keçmiş prezidenti, El Pepe kimi tanınan Xose Muxika 89 yaşında vəfat edib   Sfera.az bu barədə “BBC News”a istinadən xəbər veri...

Dəstək və əzm sayəsində əldə olunan nailiyyətlər: qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda - FOTO

Geniş auditoriya IMEC və TIMO beynəlxalq olimpiadalarında qızıl medallara layiq görülən azərbaycanlı məktəblilərin hekayələri ilə artıq tanış olub.   ...

Yeni hərbi prokuror kollektivə təqdim edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan...