"Tramp-Putin danışıqları Ukraynanın taleyini həll edə bilər" - ŞƏRH

"Tramp-Putin danışıqları Ukraynanın taleyini həll edə bilər" - ŞƏRH

“Ukrayna Rusiya ərazilərinə zərbələr endirsə də, faktiki olaraq öz ərazilərindəki cəbhə xətlərini dəyişməyə nail olmayıb”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi ekspert Aqşin Kərimov deyib. O, sözügedən məsələnin üç əsas səbəbini sadalayıb.

 

“Bunlardan biri, Ukrayna qoşunlarında canlı qüvvə çatışmazlıqlarının hökm sürməsidir. Həmçinin Ukraynaya verilən silahlar Rusiyanın aşkar hərbi üstünlükləri qarşısında tarazlıq yarada bilmir. Ukrayna döyüşləri yenidən qruplaşdırmaq və yeniləmək üçün Rusiyanın müdafiə istehkamlarını yarmaq potensialından uzaqlaşır. Ümumiyyətlə, Kiyevdə də, Moskvada da danışıqlara dair fikir ayrılıqlarının hökm sürdüyünü demək olar. Bunların fonunda yayılan bir neçə informasiya mümkün müzakirələrin əhatə dairəsini təsvir etməyə şərait yaradır. Məsələn, Rusiya Prezidenti Vladimir Putin Ukraynanı təcrid etmək və NATO-nu zəiflətmək üçün müharibədən əvvəlki maksimalist tələblərini saxlayır. Putin eyni zamanda, Ukraynada müharibənin dayandırılması ilə bağlı Qərb liderləri ilə istənilən mümkün danışıqlarda bu tələbləri yerinə yetirməyi hədəfləyir. “Financial Times 10” da Kremlin keçmiş yüksək rütbəli rəsmisinə və Putinlə bu mövzunu müzakirə edən başqa mənbəyə istinadən yazıb ki, Putin Ukraynanın NATO-ya üzvlüyünə mane olmaq kimi müharibədən əvvəlki tələblərini davam etdirəcək”.

 

Ekspert qeyd etdi ki, Kiyev istənilən nizamlanmanın mərkəzində atəşkəsə nəzarət oluna biləcəyinə dair qısamüddətli təminatlar almaqla, daha uzunmüddətli təminatlara dayanan xətlərlə danışıqlara getməyə çalışır:

 

“Donald Trampın Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq keçən həftə 100 gün ərzində münaqişənin həlli üçün möhkəm və davamlı həll yolu tapacağına ümid etdiyini bildirib. Ukraynanın bu şərtlərlə qismən razı olduğunu demək mümkündür. Lakin Moskvanın dəyişməz hədəflərinin Tramp administrasiyasının planları ilə necə üst-üstə düşdüyü bəlli deyil. Fikrimcə, Ukraynanın taleyi Tramp-Putin danışıqlarının nəticəsində daha proqnozlaşdırıla bilən xarakterdə olacaq”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...