Məşhur polkovnikə VƏZİFƏ VERİLDİ

Məşhur polkovnikə VƏZİFƏ VERİLDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev yeni işlə təmin edilib.

 

Sfera.az "Qaynarinfo"a istinadən xəbər verir ki, ehtiyatda olan FHN polkovniki "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin baş mütəxəssisi (konkret sahə üzrə yüksək hazırlığa, yetəri qədər məlumata və praktiki fəaliyyətə malik olan işçi) vəzifəsinə təyin olunub.

 

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bu barədə müvafiq əmr imzalayıb.

 

Qeyd edək ki, Rza Xudiyev FHN-in məşhur polkovniklərindən biridir və 47 il Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Rza Xudiyev ötən ilin iyul ayında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycana yarım tonluq kosmik gəmi düşəcək

Yaxın günlərdə Yerə təxminən yarım ton ağırlığında olan Sovet planetlərarası kosmik gəmisi düşəcək.   Sfera.az “BBC”yə istinadən xəbər ve...

Leyla Əliyevanın şir balası ilə maraqlı - Görüntüləri

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooparkında dünyaya gələn şir balasını bəsləy...

Ələt-Astara yolunda əməliyyat: saxlanılan var

Polis əməkdaşlarının Ələt-Astara magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhk...

Əhali pulunu nəyə xərcləyir? Rəqəmlər

2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib.  Sfera.az rəsmi dövlət statistikasına istina...

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ild...

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması...