Qaydaları pozan cərrah mama-ginekoloq və tibb işçiləri cərimələndi - RƏSMİ

Qaydaları pozan cərrah mama-ginekoloq və tibb işçiləri cərimələndi - RƏSMİ

Əməliyyat otağında həkimə doğum günü “sürpriz”i ilə bağlı məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib.

 

Sfera.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

 

“Faktın ətraflı araşdırılması məqsədilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 9 yanvar 2025-ci ildə “German Hospital” adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib.

 

Xidməti yoxlama zamanı inzibati xətanın törədilməsi faktı aşkarlanıb və bununla əlaqədar işçi heyətin dörd məsul üzvünə İnzibati Xətalar Məcəlləsinin 215.3 maddəsi ilə İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada göstərilməməsinə görə beş yüz (500) manat məbləğində cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.

 

Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir”, - açıqlamada bildirilib.

 

Qeyd edilib ki, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var: “Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilər. Bu halda araşdırma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.

 

Xatırladaq ki, yanvarın 8-də “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva sosial şəbəkədə paylaşım edərək iş yoldaşlarının ona sürpriz etdiklərini bildirib.

 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə meşə yanğınlarına görə 10 nəfər həbs olundu

Türkiyədə meşə yanğınları ilə əlaqədar nəzarətə alınan 44 şübhəlidən 10-u həbs olunub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, ...

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.   Sfera.az bildirir ki, manat dollar qarşısında stabilli...

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...