Kişineu aeroportunda sərnişinlər təxliyə edildi

Kişineu aeroportunda sərnişinlər təxliyə edildi

Kişineu hava limanında sərnişinlərin təxliyəsinə səbəb olan həyəcan siqnalı yanğın siqnalizasiyasının işə düşməsi ilə əlaqədar verilib.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt polisinin saytında məlumat verilib.

 

"Səhər saatlarında hava limanı ərazisində yanğın siqnalizasiyasının işə düşməsi barədə 112 xidmətinə məlumat daxil olduqdan sonra Kişineu hava limanına bir neçə yanğınsöndürən maşın gəlib. Hava limanında olan bütün insanlar təxliyə edilib. Fövqəladə Hallar üzrə Baş Müfəttişliyin nümayəndələri bildiriblər ki, yerində aparılan araşdırma nəticəsində yanğın mənbəyi aşkar edilməyib", - məlumatda bildirilib.

 

Qeyd edək ki, bomba qoyulması haqqında məlumatlarla əlaqədar təxliyənin həyata keçirilməsi barədə "Pervıy v Moldove" telekanalı məlumat yaymışdı.


OXŞAR XƏBƏRLƏR

Nərimanovda qarajlar sökülür - Sakinlər isə şikayətçidir

Nərimanov rayonunda bir qrup sakin binalarına yaxın ərazidə tikinti işləri aparan şirkətdən narazıdır. Onların sözlərinə görə, tikinti şirkəti vətəndaşların həy...

Azərbaycan və İranın beyin mərkəzləri memorandum imzaladı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imz...

Hindistan-Pakistan gərginliyi səngimir: "BMT öz rolunu oynaya bilmir"

BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında vasitəçi olmağa hazır olduğunu açıqlayıb. Onun bu bəyanatı regionda sülhün mümkünlüyü məsələs...

Polad Həşimovun sevdiyi mahnı bu dəfə onun ruhuna səsləndi - DUYĞULU ANLAR - FOTOLAR/VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun evində yadda qalan, duyğusal bir görüş baş tutub. Generalın sağlığında böyük sevgi ilə dinlədiyi &ld...

Varlanacaq 4 bürc - Pul sel kimi gələcək

Bu həftə ulduzlar onlar üçün yeni peşəkar üfüqlər açacaq bürcün dörd əlamətinə üstünlük verirlər.    Sfera.az-ın məlumatına görə, bu, təşəbbüsü ...

Azərbaycanın qonşuluq siyasəti - Normallaşma prosesi məqsədinə çatır

Cənubi Qafqazın əsas aktorlarından biri olan Azərbaycan geosiyasi baxımdan strateji bölgədə yerləşir. Beş ölkə ilə quru sərhədi olan Azərbaycan üçün qonşuluq mü...