Velosipedlər üçün 60 parklanma məntəqəsi təşkil edildi

Velosipedlər üçün 60 parklanma məntəqəsi təşkil edildi

2024-cü ilin sentyabr-dekabr aylarında mikromobillik operatorları tərəfindən 850 min 944 sifariş qəbul edilib və 2 milyon 244 min 302 kilometr məsafə qət edilib.

 

Sfera.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, ötən il avqust ayının 24-də velosipedlərin icarəsi üzrə “Apar” xidməti və mobil tətbiqi istifadəyə verilib.

 

“Bu xidmət çərçivəsində indiyədək təxminən 215 min 800 kilometr məsafə qət edilib. Velosipedlər üçün 60 parklanma məntəqəsi təşkil edilib. “Apar” xidməti üzrə istifadəçi sayı 46 min nəfər təşkil edir. Bakıda operatorlar tərəfindən icarəyə verilən mikromobillik vasitələrinin sayı təxminən 4 min 670 ədəd təşkil edir. Bunların 77 faizini kiçik elektrik nəqliyyat vasitəsi (skuter), 18 faizini velosiped, 5 faizini isə elektrik velosipedləri təşkil edir”, - deyə Anar Rzayev vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Hindistan-Pakistan gərginliyi səngimir: "BMT öz rolunu oynaya bilmir"

BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında vasitəçi olmağa hazır olduğunu açıqlayıb. Onun bu bəyanatı regionda sülhün mümkünlüyü məsələs...

Polad Həşimovun sevdiyi mahnı bu dəfə onun ruhuna səsləndi - DUYĞULU ANLAR - FOTOLAR

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun evində yadda qalan, duyğusal bir görüş baş tutub. Generalın sağlığında böyük sevgi ilə dinlədiyi &ld...

Varlanacaq 4 bürc - Pul sel kimi gələcək

Bu həftə ulduzlar onlar üçün yeni peşəkar üfüqlər açacaq bürcün dörd əlamətinə üstünlük verirlər.    Sfera.az-ın məlumatına görə, bu, təşəbbüsü ...

Azərbaycanın qonşuluq siyasəti - Normallaşma prosesi məqsədinə çatır

Cənubi Qafqazın əsas aktorlarından biri olan Azərbaycan geosiyasi baxımdan strateji bölgədə yerləşir. Beş ölkə ilə quru sərhədi olan Azərbaycan üçün qonşuluq mü...

Bakıda tikiləcək 10 yeni metro stansiyası ilə bağlı DETALLAR - VİDEO

Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdiriməsi prosesi tamamlanmaq üzrədir.   Sfera.az  Xəzər TV-yə istinadən&nbs...

Beyninə virus düşən məktəbli vəfat etdi - FOTO

Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə Bakıdakı xəstəxanalardan birində vəfat edib.   Sfera.az “qafqazin...