Ermənistanın Avrasiya İttifaqından çıxması Rusiya ilə münasibətlərə necə təsir edəcək? - AÇIQLAMA

Ermənistanın Avrasiya İttifaqından çıxması Rusiya ilə münasibətlərə necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan hökuməti avrointeqrasiya kursunu rəsmən elan edib. Dünən Avropa İttifaqına üzvlük haqqında qanun layihəsi hökumət tərəfindən parlamentə göndərilib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə xatırladıb ki, Ermənistan Rusiyanın orbitində Avrasiya İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Gömrük İttifaqının üzvüdür:

 

“Nikol Paşinyan Avropa İttifaqına üzvülük sənədini təsdiqləməklə, Moskvaya qarşı yeni cəbhə açmış oldu. Avropa İttifaqına üzvülük üçün Paşinyan Rusiyanın orbitində olan bütün təşkilatlardan rəsmən çıxmalıdır. Ermənistanın Avrasiya İttifaqı daxilində Rusiya ilə iqtisadi əməkdaşlığa görə, ötən il 15 milyard ticarət dövriyyəsi olub. Bu, İrəvan üçün kifayət qədər böyük bir rəqəmdir. Paşinyan Avrasiya İttifaqından çıxmaqla, iqtisadi əlaqələri tam zəiflədəcək”.

 

Ekspert bildirdi ki, proseslər nəticəsində Ermənistan iqtisadiyyatında kifayət qədər problemlər yaranacaq:

 

“Həmçinin Rusiya Ermənistana qarşı iqtisadi və siyasi təzyiqlərə əl atacaq, proses hər iki ölkənin münasibətlərinin kəskinləşməsi ilə davam edəcək. Əsl həngamə isə Ermənistanın üzvü olduğu təşkilatlardan çıxmaq barədə qərarlar qəbul edəndə olacaq. Bu il rəsmi İrəvan üçün çətin və mürəkkəb bir mərhələ başlayır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və İranın beyin mərkəzləri memorandum imzaladı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imz...

Hindistan-Pakistan gərginliyi səngimir: "BMT öz rolunu oynaya bilmir"

BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında vasitəçi olmağa hazır olduğunu açıqlayıb. Onun bu bəyanatı regionda sülhün mümkünlüyü məsələs...

Polad Həşimovun sevdiyi mahnı bu dəfə onun ruhuna səsləndi - DUYĞULU ANLAR - FOTOLAR

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun evində yadda qalan, duyğusal bir görüş baş tutub. Generalın sağlığında böyük sevgi ilə dinlədiyi &ld...

Varlanacaq 4 bürc - Pul sel kimi gələcək

Bu həftə ulduzlar onlar üçün yeni peşəkar üfüqlər açacaq bürcün dörd əlamətinə üstünlük verirlər.    Sfera.az-ın məlumatına görə, bu, təşəbbüsü ...

Azərbaycanın qonşuluq siyasəti - Normallaşma prosesi məqsədinə çatır

Cənubi Qafqazın əsas aktorlarından biri olan Azərbaycan geosiyasi baxımdan strateji bölgədə yerləşir. Beş ölkə ilə quru sərhədi olan Azərbaycan üçün qonşuluq mü...

Bakıda tikiləcək 10 yeni metro stansiyası ilə bağlı DETALLAR - VİDEO

Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdiriməsi prosesi tamamlanmaq üzrədir.   Sfera.az  Xəzər TV-yə istinadən&nbs...