Azərbaycanın idxalı ixracı ötüb - "Qızıl alışı böyük rol oynayıb"

Azərbaycanın idxalı ixracı ötüb - "Qızıl alışı böyük rol oynayıb"

2025-ci ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarında saldo mənfi olub. Sözügedən müddətdə idxal ixracatı üstələyib. İdxalın ölkədən valyuta apardığını, ixracın isə pul gətirdiyi nəzərə alsaq, xarici ticarət balansında mənfi fərq arzuolunan deyil.


Sfera.az xəbər verir ki, bunu Milli Məclisi deputatı Vüqar Bayramov deyib.


V.Bayramov xatırladıb ki, ilk iki ayda xarici ticarət dövriyyəsi 8 milyard 211 milyon dollar olub. 


Dövriyyənin 4 milyard 73 milyon dolları ixracın, 4 milyard 138 milyon dolları isə idxalın payına düşüb.

"Bu o deməkdir ki, xarici ticarət dövriyyəsinin 49.6 faizini ixrac, 50.4 faizini isə idxal təşkil edib", - söyləyən V.Bayramov idxalın artmasında qızıl idxalının böyük rol oynadığını qeyd edib:

 

"Doğrudur, ölkəyə qızıl idxalı xarici ticarət dövriyyəsinə təsir göstərməkdədir. Bununla belə, həmin müddətdə buğda idxalı 39,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 79,8 faiz, xam şəkər – 86,8 faiz, çay – 72,9 faiz, kartof – 0,2 faiz, minik avtomobilləri – 27,3 faiz, polad prokatı – 30,2 faiz, qara metallardan çubuqlar – 2,7 dəfə, rezin şinlər – 19,2 faiz, yük avtomobilləri – 6,9 faiz, polietilen – 13,3 faiz, avtobuslar – 4,4 dəfə, polipropilen – 11,2 faiz artıb”. 

 

Millət vəkili bildirib ki, müqayisəli olaraq idxalın artımında ərzaq məhsulları xüsusi çəkiyə malik olub. O digər mal qruplarında tələbin artmasının idxalı təsir etdiyini söyləyib:

 

“İşğaldan azad olunan ərazilərimizdə müasir standartlara uyğun texnoloji tələb də idxala təsirsiz ötüşmür. Yeri gəlmişkən, Azərbaycan həmin müddətdə 138 ölkədən məhsul idxal edib. Yüksək idxal valyuta tələbi də yaradır. Aydındır ki, məhsul idxalı xarici valyuta ilə mümkündür və bu da tələbə təsir göstərir. Digər tərəfdən, xüsusən ərzaq məhsullarının idxalının artması ərzaq təminatı və eləcə də istehlak bazarında qiymət tarazlığı baxımdan da arzuolunan hesab edilmir”.


V.Bayramov nəzərə çatdırıb ki, bu kontekstdə, 2025-ci ildə idxalın optimallaşdırılması əsas prioritetlərdən olmalıdır:

 

"İxracatın daha çox artırılmasına nail olunması real sektorun daha da inkişafı, ölkəyə daha çox valyutanın daxil olması baxımdan da vacib faktorlardan hesab olunur".


Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...