Babək Rzayev həbs edildi


Babək Rzayev həbs edildi

Vəkil Babək Rzayevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Sfera.az bildirir ki, Naxçıvan şəhər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Babək Rzayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

O, məhkəmə zalında həbs olunub.

 

Xatırladaq ki, Bakı şəhərində yerləşən “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Rzayev Babək Vahid oğlu barəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunda toplanmış materiallar əsasında cinayət işi başlanıb.

 

Babək Rzayevin muxtar respublikada müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirməklə 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaitini tələb edib alması sübut olunub.

 

İş üzrə toplanmış sübutlar əsasında Babək Rzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan olunub.

 

İstintaq dövründə onun barəsində əvvəlsə həbs qətimkan tədbiri seçilib, sonradan bu, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

 

Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin ötən il 25 sentyabr tarixli qərarı ilə Babək Rzayevin fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib. (APA)


OXŞAR XƏBƏRLƏR

Slovakiyada məktəb qətliamı azı iki nəfərin ölümü ilə nəticələnib

Bu gün Slovakiyanın Spiska Stara Ves şəhərində məktəbdə qətliam baş verib. Dərs zamanı 18 yaşlı oğlan bıçaqla müəllimə və iki sinif yoldaşına hücum edib. Ən azı...

Fransa Suriya ilə bağlı konfrans keçirəcək

Fransa fevralın 13-də Parisdə Suriyadakı vəziyyətlə bağlı konfrans keçirməyi planlaşdırır. Sfera.az bildirir ki, bu barədə Reuetrs məlumat yayıb. "...

Bloqqer müalicəsinə pul yığmaq üçün uşağına narkotik verdi

Avstraliyada bir bloqqer ianə toplamaq və izləyici sayını artırmaq üçün bir yaşlı qızını zəhərlədiyinə görə mühakimə olunacaq. Sfera.az bildirir ki, körpə ağ...

Ona Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?

Braziliya məhkəməsi keçmiş prezidentə Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?   Braziliyanın Ali Məhkəməsi keçmiş prezident Jai...

Qəzzada atəşkəs sazişi imzalandı

HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb.   ...

FHN Sumqayıtdakı ağır qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat dax...