“Bombalar boş sahələrə atılırdı” - İranlı generaldan Rusiya AÇIQLAMASI

“Bombalar boş sahələrə atılırdı” - İranlı generaldan Rusiya AÇIQLAMASI

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Behrouz Esbati İranın Suriyada böyük məğlubiyyətə uğradığını, lakin hələ də ölkədə fəaliyyət göstərməyə çalışacaqlarını bildirib.

 

Sfera.az xəbər verir ki, bunu "Abdi Media" saytı generala istinadən yayıb. Saytda generalın audio yazısı dərc edilib və “The New York Times” buna diqqət yönəldib.

 

"Abdi Media"nın məlumatına görə, general ötən həftə Tehrandakı məsciddə çıxış edib. Esbati çıxışı zamanı Rusiyanı da ittiham edib: “Rusiya təyyarələrlə Suriya üsyançılarını bombaladığını deyir. Əslində isə bombalar boş sahələrə atılırdı. 2024-cü ildə İsrail Suriyadakı İran hədəflərinə zərbələr endirərkən Rusiya radarları söndürdü və bu, hücumları effektiv şəkildə asanlaşdırdı”, - o dedi.

 

İran Keşikçiləri Korpusu generalı, həmçinin deyib ki, İranın Suriya prezidenti Bəşər Əsədlə münasibətləri onun istefasından əvvəlki aylarda gərgin olub.

 

“Mən hesab etmirəm ki, Suriyanın itirilməsi fəxr olunası bir şeydir”, - deyən general İranın Suriyada məğlub olduğunu və bu məğlubiyyətin çox güclü olduğunu, çox güclü zərbə aldıqlarını söyləyib.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...