Mərkəzi Bankın bu qərarı kredit faizlərinə necə təsir göstərəcək? - İZAH

Mərkəzi Bankın bu qərarı kredit faizlərinə necə təsir göstərəcək? - İZAH

Mərkəzi Bank bankların məcmu və birinci dərəcəli kapitalı üzərində 0.5% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edib. Bunun bank sektorunda müşahidə edilən yüksək kreditləşmə dinamikası, bankların mənfəətliliyi və maliyyə dayanıqlılığı göstəriciləri, xüsüsən də cəmi kredit portfelinin ÜDM-ə nisbətinin uzunmüddətli trendi və cari göstəricisi arasındakı fərq nəzərə alınmaqla qəbul olunduğu bildirilir.

 

Maraqlıdır, Mərkəzi Bankın bufer tətbiqi kreditlərin həcminin azalmasına gətirib çıxaracaqmı? Bu, kredit faizlərinə necə təsir göstərəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama iqtisadçı deputat Vüqar Bayramov deyib ki, kontr-tsiklik kapital buferi kreditlərin həddindən artıq artımı dövrlərində əlavə kapital yaratmaq mexanizmidir və məqsəd riskləri tənizmləməkdir:

 

“Digər tərəfdən, bu bufer bank sektorunun kapital tələblərinin bankların fəaliyyət göstərdiyi makro-maliyyə mühitini nəzərə almasını təmin etmək məqsədi daşıyır. Onun əsas hədəfi bank sektorunu dövrü sistem miqyasında riskin yüksəlməsi ilə bağlı izafi məcmu kredit artımlarından qorumaq üçün daha geniş makroprudensial mühitə nail olmaqdır.  Əksər inkişaf etmiş ölkələrdə birinci dərəcəli kapitalı üzərində 0% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilsə və ya bufer təyin edilməsə də, bir sıra dövlətlərdə, o cümlədən Danimarka (2.5%), Norveç (2.5%), Böyük Britaniya (2.0%), Niderland (2.0%), İsveç (2.0%), İrlandiya (1.5%), Çek Respublikası (1.25%), Fransa (1.0%), Avstraliya (1.0%), Koreya (1.0%), Honq-Kong (1.0%), Almaniya (0.75%) əlavə hədlərindən istifadə olunur. Bununla yanaşı, hələlik ABŞ, Çin, Yaponiya, İtaliya, İspaniya, Kanada, Hindistan kimi böyük iqtisadi güclər buferdə hədlərdən istifadəyə lüzum bilmirlər”.

 

V.Bayramov bildirdi ki, bəzi hallarda bu bufer real iqtisadiyyatın göstəricilərinə neqativ təsir etməklə bank sistemində əlavə kredit itkiləri ilə nəticələnə bilər:

 

“Bu baxımdan, Basel III tənzimləyici kapital çərçivəsinin tətbiqi digər makro-iqtisadi göstəricilərə təsirlər tam qiymətləndirilərək tətbiq olunur. Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir ki, 2024-cü ilin noyabr ayının sonuna olan məlumatlara əsasən, kredit portfelinin illik artımı 19.6% təşkil edib. Bu da nominal qeyri-neft-qaz ÜDM-nin artımını 2 dəfəyədək üstələyir. Əlavə olunur ki, fəaliyyətdə olan 22 bankın 19-da kredit portfeli artıb, o cümlədən 14-də isə kredit portfelinin illik artımı nominal qeyri-neft-qaz ÜDM-nin artımını üstələyib. Göründüyü kimi, requlyator bankda kredit portfelinin artım tempininin qeyri-resurs ÜDM-dəki artımı üstələməsinə əlavə kontr-tsiklik kapital buferin tətbiqində əsas səbəblərdən biri kimi yanaşırlar. Amma məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan kredit portfelinin ÜDM-də payı hələ də aşağıdır. Belə ki, 2023-cü ilin yekunlarında bu nisbət 18.8 faiz idi (23.183 milyard manatlıq kredit portfeli/123.0 milyard manatlıq ÜDM). Dünya Bankının məlumatına görə isə, ölkəmiz üçün bu nisbət hazırda 23.15 faizdir. Müqayisə üçün qeyd edim ki, bu göstərici Birləşmiş Ştatlarda 192.0% (2 dəfəyə yaxın), Böyük Brtianiyada 144.0%, Fransada 120.0%, Avstraliyada 133.8%, Almaniyada 84.0%, Brazliyada 71.78%, Gürcüstdan 66.0%, Rusiyada 54.22%, Türkiyədə 45.59%, Belarusda 29.17 faizdir. Avropa İttifaqında orta göstərici isə 79.0 faizdir.  Deməli, Azərbaycanda özəl sektora verilən kreditlərin ÜDM-də payı nəinki inkişaf edib, hətta əksər region dövlətləri ilə müqayisədə aşağıdır”.

 

Millət vəkilinin sözlərinə görə, bu həm də o deməkdir ki, kreditləşmədə artım faizlərinə rəğmən ölkə iqtisadiyyatı ilə müqayisə etdikdə kredit portfelinin həcmi heç də böyük deyil:

 

“Mərkəzi Bankın bu qərarının kreditləşməyə təsirlərinə gəldikdə isə, kommersiya bankları tərəfindən daha konservativ kredit siyasətinə üstünlük veriləcəyi istisna deyil. Bu bəzi banklarda kredit portfelinin optimallaşması və bır sıra hallarda isə müqayisəli azalmasına səbəb ola bilər. Kredit faizlərinə təsirlərə gəldikdə isə 2024-cü il depozit faizlərinin artması kimi yadda qaldı. Bunun isə kreditləri bahalaşdıracağı gözləniləndir. Bu depozit siyasətinin optimallaşdırımasını daha da aktuallaşdırır”.

 

Qeyd edək ki, Mərkəzi Bankın bu normativinin tətbiqinə bu il martın 1-dən başlanılacaq.

 

Günay  


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...