Rusiya Ukraynanın hərbi aerodromlarını vurdu

Dünya
15:10 / 08.01.2025
7510
Rusiya ordusu Ukraynanın hərbi aerodromlarının infrastrukturuna zərbələr endirib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Qeyd olunub ki, həmçinin 147 bölgədə Ukrayna Silahlı Qüvvələrinin texnika və canlı qüvvəsinə, eləcə də pilotsuz uçuş aparatlarının saxlanıldığı anbara zərbə vurulub.
Bununla belə, nazirlik vurulan obyektlərin yerləşdiyi ərazilərin adlarını açıqlamayıb.