İlon Mask "Liverpul"u alır? - Atası AÇIQLADI

İlon Mask "Liverpul"u alır? - Atası AÇIQLADI

Ümumi sərvəti 415,8 milyard dollar olan İlon Mask İngiltərənin tanınmış futbol klubu “Liverpul”u ala bilər.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, belə bir niyyəti Maskın atası açıqlayıb. O bildirib ki, onun nənəsi Liverpulda anadan olub və onların Liverpulda qohumları var idi.

 

“Biz “Liverpul”a bağlıyıq”, - deyən iş adamının atası qeyd edib ki, oğlu komandaya lazım olan investisiyanı qoya bilər.

 

Qeyd edək ki, 19 dəfə İngiltərə çempionunun qalibi olan “Liverpul” hazırda Amerika investisiya şirkəti “Fenway Sports Group”a (FSG) məxsusdur. 2023-cü ilin fevralında təşkilatın yaradıcısı Con Henri komandanı satmaq fikrində olmadığını, lakin klubun inkişafı üçün investisiya cəlb etmək istədiyini açıqlamışdı. FSG 2010-cu ildə “Liverpul”u 300 milyon funta satın almışdı.

 

2024-cü ilin may ayına olan məlumata görə, “Liverpul”un dəyəri (“Forbes”ə görə) 5,37 milyard dollardır.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...