Makronun göndərdiyi depeşa: Azərbaycanla təmasların qurulmasında niyə maraqlıdır?

Makronun göndərdiyi depeşa: Azərbaycanla təmasların qurulmasında niyə maraqlıdır?

“Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Fransanın Azərbaycana verbal diplomatik depeşa göndərməsi haqqında dedikləri Bakı-Paris xəttində baş verənləri, həm də Makron hakimiyyətinin düşdüyü vəziyyəti anlamağa imkan verir”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

 

O xatırladıb ki, ötən gün Emmanuel Makron səfirlərlə görüşdə Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham edib və paralel olaraq, Ermənistana müsbət mesajlar göndərib:

 

“Bu, Fransanın Afrikadakı məğlubiyyəti “kənar qüvvələr”ə bağlamaq və Cənubi Qafqazda İrəvanı dayaq kimi qəbul etmək mövqeyinin Makronun dilindən təkrarlanması idi. Lakin Əliyevin açıqladığı detallar fonunda sual yaranır: Bakı ilə münasibətlərin qurulması üçün şifahi siqnallar göndərən Makron niyə Azərbaycanı açıq mətnlə ittiham edir? Bu sualın cavabı İlham Əliyevin açıqlamasında var. Prezident bildirdi ki, Fransanın təmasların qurulmasına dair müraciətlərə “Biz hazırıq” cavabını veririk, lakin... “Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür”. Görünür, Makron münasibətlərin qurulması üçün Əliyevə minnətçi düşsə də, müzakirələrin Bakıda aparılması şərtini həzm edə bilmir. Çünki bu, Fransanın Azərbaycan qarşısında geri addım atdığının əyani nümayişi olacaq. Fransa prezidentinin son çıxışında Azərbaycanı yenidən ittiham etməsində bu amilin də rolu var”.

 

Siyasi şərhçi qeyd etdi ki, Makronun Əliyevdən xahişi şifahi şəkildə etməsi də zəifliyini gizlətmək məqsədi daşıyır:

 

“Hərçənd Fransanın Azərbaycana ciddi şəkildə ehtiyacı yaranıb, diplomatik depeşa da bunu ispatladı. Paris Afrikada mövqelərinin zəifləməsi prosesini Bakı ilə münasibətlərin yoluna qoyulması ilə tormozlamaq istəyir: “Qara Qitə”nin azadlıq mübarizəsində Azərbaycan platforma rolunu oynasa da, baş verənlər geosiyasi hesablaşmanın tərkib hissəsidir. Burada Fransaya qarşı olan maraqlı oyunçuların iştirakı var; Geosiyasi hesablaşmada itirən tərəfə çevrilən Paris hadisələrin inkişafına Bakı üzərindən təsir etmək imkanlarını yoxlayır. Digər tərəfdən, 44 günlük müharibə və sonrasında ermənipərəst mövqeyinə görə Azərbaycan tərəfindən regional proseslərdən uzaqlaşdırılan Fransa Gürcüstanda da itirən tərəfə çevrildi. Paris anlayır ki, təkcə zəif halqa olan Ermənistana ümid etməklə bölgədə iştirakçılıq payını saxlaya bilməyəcək. Bakı ilə təmasların qurulmasına cəhdin səbəblərindən biri də budur”.

 

Türkan 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...