Bu idmançıya cəngavər rütbəsi verildi

Bu idmançıya cəngavər rütbəsi verildi

İngiltərənin futbol üzrə millisinin keçmiş baş məşqçisi Qaret Sautqeytə cənagavər rütbəsi verilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Kral Çarlz yeni il münasibətilə siyasi, idman, yaradıcılıq və ya ictimai fəaliyyətə əhəmiyyətli töhfə verən xeyli sayda insanla birgə mütəxəssisi də mükafatlandırıb.

 

Qeyd edək ki, Q.Sautqeyt son 8 il ərzində İngiltərə millisinin baş məşqçisi olub. AVRO-2024-dən sonra o postundan istefa verib. Yığma məşqçinin rəhbərliyi altında 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında 4-cü yeri tutub, həmçinin iki dəfə (2021, 2024) Avropa çempionatının finalına çıxıb. İngiltərə millisi mütəxəssisin rəhbərliyi altında 102 oyunda 61 qələbə qazanıb, 24 heç-heçə edib və 17 dəfə məğlub olub.


OXŞAR XƏBƏRLƏR

"ABŞ Rusiyaya tərəfdaşlıq təklif edəcək, lakin..." - Drize

“Birləşmiş Ştatlar Rusiyaya tərəfdaşlıq təklif edəcək, lakin yalnız birtərəfli qaydada — Amerika lider olmalıdır”.   Sfera.az bildi...

Nigeriyada yataqxanada yanğın baş verdi - 17 nəfər öldü

Nigeriyada məktəb yataqxanasında yanğın baş verib, nəticədə 17 nəfər həlak olub. Sfera.az xəbər verir ki, bu barədə yerli “Guardian Nigeria” nəşr...

“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: İndi səyahət daha rahat və sərfəlidir

"Birbank Private" müştərilərinə eksklüziv xidmətlər, unikal imtiyazlar təklif etməyə davam edir. Belə ki, Birbank Private, "PAŞA Travel" və ...

Prezident bu naziri vəzifəsindən azad etdi - SƏRƏNCAM

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, ...

“Yaxın Şərq Rivierası”... - Trampın Qəzza ilə bağlı planı mediaya SIZDI

Trampın Qəzza zolağına tam nəzarət, o cümlədən milyonlarla fələstinlinin qonşu ölkələrə məcburi köçürülməsi istiqamətində açıqlamaları dünya mediasında səs-küy ...

Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı

Bakıda həbs edilən Rusiyanın Krasnodar vilayətinin sabiq hakimi Yelena Xaxaleva həbsdən buraxılıb.   Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a...