Zelenski Kurskda məhv edilən Şimali Koreya əsgərlərinin sayını AÇIQLADI

Zelenski Kurskda məhv edilən Şimali Koreya əsgərlərinin sayını AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Kursk vilayətində öldürülən və yaralanan Şimali Koreya əsgərlərinin sayının 3 mini keçdiyini bildirib.

 

Sfera.az-ın məlumatına görə, o, bu barədə “X” sosial media platformasında yazıb.

 

Ukrayna lideri gündəmlə bağlı açıqlamalar verib.

 

“Rusiya müharibəsi ilə bağlı son məlumatı Ukrayna Baş Qərargah rəisi Aleksandr Sırskidən almışam. Şimali Koreyanın Rusiya ordusuna əlavə qoşun və hərbi texnika göndərməsi riski var. Biz bu məsələ ilə bağlı konkret addımlar atacağıq. Ümumiyyətlə, Koreya yarımadasında və qonşu regionlarda qeyri-sabitlik riski Moskva və Pxenyan arasında əməkdaşlığa mütənasib olaraq artır. Müasir müharibə təcrübəsinin Rusiyadan ötürülməsi və hərbi texnologiyaların yayılması qlobal təhlükədir”, - o xəbərdarlıq edib.

 

Zelenski Şimali Koreya və Rusiyaya təzyiq göstərməyin vacibliyini vurğulayaraq deyib: “Dünya üçün sabitliyin qorunmasının dəyəri həmişə vəziyyəti, sabitliyi pozan və insanların həyatını məhv edənlərə qarşı effektiv mübarizənin qiymətindən qat-qat yüksəkdir”.

 

Əsəd rejiminin sona çatmasından sonra Suriyada baş verənləri heyəti ilə müzakirə etdiyini bildirən Zelenski, “Ukrayna Suriyada və bütün bölgədə vəziyyətin sabitləşdirilməsində maraqlıdır və tərəflərin səylərini dəstəkləyəcək”, deyə vurğulayıb. Ukrayna lideri Rusiyanın Suriyadakı mövcudluğunun dayandırılmasının Suriya xalqının və regionun təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını deyib.

 

“Biz Suriya cəmiyyətinin normal həyata qayıtmasına və effektiv dövlət institutlarının qurulmasına kömək etməyə hazır olan hər bir dövlətə və hər bir liderə minnətdarıq”, - o bildirib.

 

Suriyada ərzaq təhlükəsizliyinin təmin edilməsinə kömək etməyə hazır olduqlarını bildirən Zelenski fikirlərini bu cür davam etdirib: “Biz Əsəd rejiminin, xüsusən də Ukrayna və bütün Avropa ilə bağlı səhvlərini düzəltmək üçün Suriya xalqının nümayəndələri ilə işləməyə hazırıq”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Bakıda 30 minlik DƏLƏDUZLUQ

Bakının Binəqədi rayonu ərazisində dələduzluq hadisəsi qeydə alınıb.   Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, əmlakın sənədləş...

Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO

Sosial şəbəkələrdə "İlanlı qız" ləqəbi ilə tanınan müğənni Günəş estetik cərrah Əmiraslan Əmiraslanovla bağlı qalmaqallı paylaşım edib.   S...

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat verib. ...

Təbriz-Bakı-Təbriz aviareysi bərpa EDİLƏCƏK?

Azərbaycan və İran arasında Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası imkanları nəzərdən keçirilir.   Sfera.az İran KİV-inə...

"Ölkədən çıxışa qadağa zamanı bunlar nəzərə alınsın"- Elçin Mirzəbəyli

Borclu fiziki və ya hüquqi şəxsin ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması qanunun tətbiqi baxımından dəqiq əsaslar və prosedurlar tələb edir.   ...

Yeni rüsumlar qüvvəyə MİNİR – 15 manat TƏLƏB OLUNACAQ

Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.   Sfera.az  xəbər v...