Merilin Monronun ölümü ilə bağlı yeni iddia: “Onu bir iş adamı öldürtdü”

Merilin Monronun ölümü ilə bağlı yeni iddia: “Onu bir iş adamı öldürtdü”

ABŞ-nin məşhur ulduzu Merilin Monronun ölümü ilə bağlı yeni və sarsıdıcı bir iddia irəli sürülüb. Amerikalı müğənni və aktrisa Cennifer Lopezin uzun illərdir birlikdə çalışdığı prodüser və yazıçı Elaine Qoldsmit Tomas, ilk romanı "Climbingin Heelsdə" Hollivudun qaranlıq sirlərini gün üzünə çıxarıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Qoldsmit Tomasın sözlərinə görə, o zaman teatr şöbəsində katibə işləyərkən ofisə gələn yaşlı bir kişi Merilin Monronun qətl edildiyini etiraf edib.


Kişinin dedikləri belə olub:


“Merilini öldürdülər. Mən istəmədim. Onu sevirdim. O mənə "Milton əmi" deyirdi. Amma o, nəzarətdən çıxmağa başlamışdı… bu səbəbdən öldürdülər”.


Qoldsmit Tomas daha sonra bu şəxsin məşhur aktyor Peter Lavfordun meneceri, Hollivudun tanınmış simalarından Milt Ebbins olduğunu öyrəndiyini bildirib. Qeyd edək ki, Ebbins bir zamanlar Frank Sinatra, Sammy Davis və Kennedi ailəsi ilə yaxın münasibətləri ilə tanınırdı.


Bu etiraf Merilin Monronun ölümünün illərdir davam edən müəmmasına yeni bir işıq salır və onun intihar yox, qəsdən öldürüldüyü iddialarını bir daha gündəmə gətirir.
Qeyd edək ki, Merilin Monro 1962-ci ildə, 36 yaşında vəfat etmişdi. Rəsmi olaraq onun ölümü “həddindən artıq yüksək doza qəbulu” kimi qeydə alınsa da, illərdir bu hadisə ilə bağlı müxtəlif sui-qəsd iddiaları irəli sürülür.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bir neçə şəxsə etibarnamə verənlərin DİQQƏTİNƏ

Avtomobil sahibinin bir neçə nəfərə sürücülük etibarnaməsi verməsinə tez-tez rast gəlirik. Əslində notarial qaydada qısa bir proses olan, ilk baxışdan sadə görü...

Azərbaycanlı iş adamı Türkiyədə 4 milyon avroya klub aldı - FOTO

Türkiyənin "Serik Belediyespor" klubunun səhmlərinin 50 faizini 4 milyon avroya alan azərbaycanlı iş adamının adı açıqlanıb.   Sfera.az tel...

Bu ölkədə güclü zəlzələ - Sunami təhlükəsi elan olundu

Yeni Britaniyanın Papua-Yeni Qvineya adasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Se...

Bakıda 10-cu sinif şagirdi tanımadığı şəxsi bıçaqladı

Bakıda 10-cu sinif şagirdi avtobus dayanacağında tanımadığı şəxsi bıçaqlayıb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sab...

Əraqçi: "İsrail və ABŞ-nin İrana hücumları ağır nəticələrə gətirib çıxara bilər"

İsrail və ABŞ-nin İrana qarşı hərəkətləri təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ağır nəticələrə səbəb ola bilər.   Sfera.az-ın TASS-a is...

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində "Rosh l...