Hindistan Mərkəzi Bankı dollarlarını satır - SƏBƏB

Hindistan Mərkəzi Bankı dollarlarını satır - SƏBƏB

Hindistanın Mərkəzi Bankı ölkənin milli valyutası olan rupinin daha çox dəyərdən düşməsinin qarşısını almaq üçün dollarla olan ehtiyatlarının bir hissəsini satıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan sərmayəçiləri ABŞ istiqrazlarının yüksək gəlirliliyi ilə əlaqədar, Amerikanın qiymətli kağızlarına investisiya qoyuluşunu artırıb.

 

Eyni zamanda, yerli neft şirkətlərinin də idxalı təmin etmək üçün dollara tələbi yüksəlib. Hər iki amilin təsiri ilə rupidə ucuzlaşma güclənib və bir dollar 85,1 rupiyə çatıb. Dolların rupiyə nəzərən məzənnəsində il ərzində kəskin dəyişiklik olmur.

 

Son bir ildə dollar hind puluna qarşı 3 faizə yaxın bahalaşıb. Bu bahalaşmanın önəmli hissəsi məhz son bir-iki ayda müşahidə edilib. Rupidə daha çox ucuzlaşmanın baş verməməsi üçün Hindistan Mərkəzi Bankı valyuta bazarına böyük həcmdə dollar çıxartmağa məcbur olub.

 

Qeyd edək ki, Hindistan iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatlarından biridir. İqtisadiyyatda yaradılan nominal ÜDM-nin həcminə görə, Hindistan Yaponiya ilə birgə, ABŞ, Çin və Almaniyadan sonra dördüncü və beşinci yerləri bölüşürlər.

 

Proqnozlara əsasən, 2030-cu ilə qədər Hindistan dünyanın ən böyük üçüncü iqtisadiyyatına sahib olacaq.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Təbriz-Bakı-Təbriz aviareysi bərpa EDİLƏCƏK?

Azərbaycan və İran arasında Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası imkanları nəzərdən keçirilir.   Sfera.az İran KİV-inə...

"Ölkədən çıxışa qadağa zamanı bunlar nəzərə alınsın"- Elçin Mirzəbəyli

Borclu fiziki və ya hüquqi şəxsin ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması qanunun tətbiqi baxımından dəqiq əsaslar və prosedurlar tələb edir.   ...

Yeni rüsumlar qüvvəyə MİNİR – 15 manat TƏLƏB OLUNACAQ

Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.   Sfera.az  xəbər v...

Kredit borcu olanlara qadağa qoyulur? - Parlamentdə MÜZAKİRƏ

"Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə, adambaşına 13.8 min manat bank borcu var.  Əgər 5 il öncə əhalinin borc yükünün sərəncamda ...

"Kredit borcu olanların sayı artıb"- Vüqar Bayramov

"Bir sıra ölkələrin qanunvericiliyində olduğu kimi fiziki şəxslər üzrə ölkədən çıxış hüququnun məhdudlaşdırılması zamanı kredit borcu üzrə limitlər tətbiq ...

Doğuş Əməkdar artist üçün göz yaşı tökdü - VİDEO

Türkiəli müğənni Doğuş efirdə kövrək anlar yaşayıb.   Sfera.az xəbər verir ki, sənətçi dörd il vəfat edən Əməkdar artisti yad edib. &nbs...