İnternet vasitəsi ilə qumar oyunları təşkil edən qardaşlara hökm oxundu

İnternet vasitəsi ilə qumar oyunları təşkil edən qardaşlara hökm oxundu

Abşeron Rayon Məhkəməsində qumar oyunlarının təşkili və ya keçirilməsində təqsirləndirilən Zamiq Babayev, qardaşı Samir Babayev və onların qohumları Arif Həsənovun (hər üçünün ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Sfera.az
pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə Zamiq Babayev 2 il 6 ay və digərləri isə 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. 

 

İttihama görə, həmin şəxslər internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunları təşkil edib.

 

Belə ki, Zamiq Babayev qardaşı Samir Babayev və qohumu Arif Həsənovla birgə 15 yanvar 2023-cü il tarixdə ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən idman mərc, loto və digər qumar oyunlarının şəxsiyyəti istintaqa məlum olmayan təşkilatçıları ilə əlaqə saxlayıb. O, onlardan “1XBet.com”, "Fastloto.com” və digər internet saytlarında təşkil edilmiş qanunsuz idman mərc, loto və digər qumar oyunlarının oynanılması üçün istifadə edilə bilən kodlar alaraq öz adına həmin saytlarda istifadəçi hesabı və virtual kassalar yaradıb. Sonra həmin şəxslər mobil telefonlar vasitəsi ilə qeyd edilən saytlardakı hesab və virtual kassalardakı oyun kodlarının müştərilərə pul müqabilində satıblar. Eyni zamanda “İnstagram” sosial şəbəkəsində qumar oyunları və oyun üçün kodlarının satışı ilə bağlı reklam yerləşdirib müraciət edən müştərilərə pul müqabilində satıblar.

 


OXŞAR XƏBƏRLƏR

Bakıda 30 minlik DƏLƏDUZLUQ

Bakının Binəqədi rayonu ərazisində dələduzluq hadisəsi qeydə alınıb.   Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, əmlakın sənədləş...

Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO

Sosial şəbəkələrdə "İlanlı qız" ləqəbi ilə tanınan müğənni Günəş estetik cərrah Əmiraslan Əmiraslanovla bağlı qalmaqallı paylaşım edib.   S...

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat verib. ...

Təbriz-Bakı-Təbriz aviareysi bərpa EDİLƏCƏK?

Azərbaycan və İran arasında Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası imkanları nəzərdən keçirilir.   Sfera.az İran KİV-inə...

"Ölkədən çıxışa qadağa zamanı bunlar nəzərə alınsın"- Elçin Mirzəbəyli

Borclu fiziki və ya hüquqi şəxsin ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması qanunun tətbiqi baxımından dəqiq əsaslar və prosedurlar tələb edir.   ...

Yeni rüsumlar qüvvəyə MİNİR – 15 manat TƏLƏB OLUNACAQ

Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.   Sfera.az  xəbər v...