Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər


Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanın dövlət başçısı İlham Əliyevi təbrik edib.

 

Sfera.az-ın məlumatına görə, mətndə deyilir:

 

"Hörmətli cənab Prezident.

 

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik və ölkənizin rifahı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

 

Azərbaycan iqtisadiyyatında dönüş yaradan və dünya miqyaslı neft-qaz layihələrinə "yaşıl işıq" olan "Əsrin müqaviləsi"nin imzalanmasının bu il 30 illiyini qeyd etdik. Bu yubiley ili "Azəri"-"Çıraq"-"Günəşli" üzrə sərbəst qaz hasilatı haqqında Sazişin imzalanması və bu yaxınlarda həmin yataqdan 600 milyonuncu ton hasilatın əldə edilməsi ilə daha da əlamətdar oldu.

 

Eləcə də SOCAR-la yeni əməkdaşlıq imkanları və "yaşıl enerji" sahəsi ilə bağlı layihələrinizin reallaşması istiqamətində mühüm addımlar atıldı.

 

Onilliklərdir davam edən bu enerji tərəfdaşlığımız müddətində göstərdiyiniz daimi dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Azərbaycan hökuməti və SOCAR ilə strateji tərəfdaşlığımız bundan sonra hələ uzun illər davam edəcək.

 

Fürsətdən istifadə edərək Sizi, ailənizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram".


OXŞAR XƏBƏRLƏR

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar...

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...