"Türk dövlətləri informasiya məkanını qorumaq üçün bəyənnamə imzalasınlar" - TƏKLİF

"Türk dövlətləri informasiya məkanını qorumaq üçün bəyənnamə imzalasınlar" - TƏKLİF

"Ölkəmizin ictimai rəyində hökmranlıq etmək, rəqəmsal suverenliyimizi pozmaq və dövlət adamlarını linç edərək xalqı hakimiyyətin üstünə qaldırmaq istəyənlərlə savaşmaq Ermənistan ordusu ilə döyüşmək deməkdir".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.

 

Millət vəkili qeyd edib ki, torpaqlarımız kimi informasiya məkanımızı da işğaldan azad etməliyik:

 

"Qədim Romadan miras qalan “Parçala və hökm sür” imperiya siyasətini rəqəmsal əsr üçün yeniləyib, “Sındır, Sızdır, Parçala” hökmü ilə əvəzləyiblər".

 

Z.Oruc Rəccəb Tayyib Ərdoğanın müasir dövrdə dövlətlərin suverenliyinin fiziki sərhədlərdən çox informasiya məkanında hücuma məruz qaldığını, dənizdə mavi vətən olduğu kimi, rəqəmsal dünyadakı kibervətəni qorumağın vacibliyini vurğuladığını diqqətə çatdırıb.

 

Onu da vurğulayıb ki, sabiq prezident Armen Sarksiyan “Ermənistan kiçik dövlət, qlobal millətdir” deyərkən, müharibənin torpaqlardan daha çox digər meydanlarda getdiyini göstərir:

 

"Ona görə də aprel ayında xarici terror mediasının təmsilçilərini legitim hədəflər kimi zərərsizləşdirməyə çağırarkən hərbi meydanda qazandığımız Qələbəni informasiya səngərində də qorumalı olduğumuzu vurğulamışdıq. Biz 44 gündə olduğu kimi, “Vətən informasiya müharibəsi” aparmalıyıq, lakin bu savaşın silahı tanklar, toplar, raketlər deyil, sözdür, qələmdir, klaviaturadır, virtual tribunalar və səngərdir".

 

Deputat sonda Türk dövlətləri arasında informasiya məkanını qorumaq üçün Bakı bəyənnaməsi imzalanmasını təklif edib:

 

"Dünyanın harasında bizə qarşı cəbhə açırlarsa, ora bizim üçün Şuşa olmalıdır!".

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...