"Azərbaycan islam dünyasını ləyaqətlə təmsil edir" - Millət vəkili

"Azərbaycan islam dünyasını ləyaqətlə təmsil edir" - Millət vəkili

“D-8 önəmli təşkilatdır. Burada müsəlman dünyasının ən güclü dövlətləri birləşib. Azərbaycanın təşkilata üzv olması ölkəmizin nüfuzunun daha da güclənməsinə öz müsbət təsirini göstərəcək”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

 

“Bu gün Azərbaycan ölkəmizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində müsəlman dünyasının lider dövlətlərindən birinə çevrilib. Azərbaycan müsəlman dünyasını narahat edən hər bir məsələyə həssas yanaşır.  Bir neçə gün bundan əvvəl prezident İlham Əliyevin Suriyada baş verən son proseslərlə bağlı Türkiyə prezidenti ilə danışması, Azərbaycanın Suriya xalqına humanitar yardım göstərməyə hazır olmasını ifadə etməsi bu fikri bir daha təsdiq edir.   

 

Azərbaycan müsəlman ölkələrinə qarşı həyata keçirilən ikili standartlara, ədalətsizliyə öz münasibətini açıq bildirən azsaylı ölkələrdəndir. Bir müddət bundan əvvəl prezident Ərəb Dövlətlət Liqasına üzv təşkilatlarının zirvə sammitində də müsəlmanlara qarşı ayrı-seçkiliyi və ikili standartları sərt tənqid etmişdi. Həmin çıxış da ərəb ölkələrinin liderləri tərəfindən heyranlıqla dinlənilmiş və çox yüksək qiymətləndirilmişdi. 

 

Eyni zamanda, Baş nazir Əli Əsədov sammitdəki çıxışında müsəlman dünyasını narahat edən bir çox mühüm məsələlərə toxundu, Azərbaycanın hər zaman Fələstin xalqının yanında olduğunu, 2 milyon vəsait ayırdığını qeyd etdi”, - millət vəkili bildirib.


 
C.Məmmədov qeyd edib ki, az zaman olmasına baxmayaraq, COP29 tədbirini ən yüksək səviyyədə təşkil edən müsəlman ölkələrindən biri oldu:

 

“Hələ də bütün müsəlman dünyası Azərbaycanın bu uğurundan bəhs edir. Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycan islam dünyasını dünyada ləyaqətlə təmsil edir”. 


 
Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...