On ölkədən Şimali Koreya-Rusiya hərbi əməkdaşlığına dair birgə BƏYANAT: "Dayandırın!"

On ölkədən Şimali Koreya-Rusiya hərbi əməkdaşlığına dair birgə BƏYANAT: "Dayandırın!"

On ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi Şimali Koreya-Rusiya əməkdaşlığı barədə bəyanat yayıb.

 

Sfera.az bildirir ki, birgə bəyanatda iki ölkə arasında artan hərbi əməkdaşlıq kəskin şəkildə tənqid edilib. Sözügedən ölkələr isə ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya, İngiltərədir.

 

“Biz Şimali Koreya ilə Rusiya arasında artan hərbi əməkdaşlığı, o cümlədən Şimali Koreya qoşunlarının Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya göndərilməsini qətiyyətlə pisləyirik. Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibəsinə birbaşa dəstək verməsi münaqişənin təhlükəli şəkildə genişləndiyini və bunun Avropa və Hind-Sakit okean regionlarının təhlükəsizliyi üçün ciddi risklər yaratdığını göstərir”,- bəyanatda qeyd olunub.

 

Bildirilib ki, Şimali Koreyanın Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya ballistik raketlər, artilleriya mərmiləri və digər hərbi texnika ixrac etməsi, Şimali Koreya əsgərlərinə silah və ya müvafiq materialların istifadə qaydalarını öyrətməsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1718 (2006) saylı qətnaməsini pozur: “Bu həm də, 1874 (2009) və 2270 (2016) saylı qətnamələrin açıq şəkildə pozulmasıdır”.

 

Qeyd edilən ölkələr vurğulayıb ki,  Rusiyanın Şimali Koreyanın qeyri-qanuni silah proqramına, o cümlədən kütləvi qırğın silahları və onların çatdırılma vasitələrinə göstərə biləcəyi istənilən siyasi, hərbi və ya iqtisadi dəstəkdən dərin narahatlıq hissi keçirirlər: “Bu vəziyyət Koreya yarımadasında onsuz da gərgin olan mühiti daha da pisləşdirəcək”.

 

Bəyanatda azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə edən Ukraynaya dəstək əzminin davam etdiyi bildirilib: “Biz Şimali Koreyanı Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsinə bütün dəstəyini dayandırmağa, o cümlədən qoşunlarını geri çəkməyə çağırırıq. Şimali Koreya-Rusiya tərəfdaşlığının yaratdığı təhlükəyə cavab vermək üçün iqtisadi sanksiyaların tətbiqi də daxil olmaqla birlikdə hərəkət etməyə davam edəcəyik”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...