Beynəlxalq Təhsil Mərkəzindən YENİ TƏKLİF

Beynəlxalq Təhsil Mərkəzindən YENİ TƏKLİF

Beynəlxalq Təhsil Mərkəzi (BTM) gənclərin karyera planlaşdırılmasında strukturlaşdırılmış və effektiv yanaşmaların tətbiqini nəzərdə tutan layihə hazırlanmasını təklif edir.

 

Sfera.az xəbər verir ki, BTM-in sədri Ramal Şəmşədli tərəfindən təklif olunan layihə beynəlxalq təcrübəni özündə əks etdirir.

 

Layihənin əsas hədəfi gənclərin təhsil aldıqları müddətdə öz maraqlarını, bacarıqlarını və əmək bazarının tələblərini düzgün başa düşərək gələcəklərini qurmasına kömək etməkdir. 

 

Layihədə məktəb və universitetlərdə Karyera Məsləhət və Dəstək Mərkəzlərinin yaradılması, praktiki təcrübə və şəbəkələşmə, mentorluq proqramlarının hazırlanması, işə hazırlıq seminarlarının təşkili kimi məsələlər öz əksini tapıb.

 

Bundan əlavə, gənclərin bacarıqlarını dəyərləndirmək üçün peşə testləri və maraqların qiymətləndirilməsi proqramlarının təşkili nəzərdə tutulur. Gənclərin karyera planlaşdırması üçün xüsusi onlayn platformaların yaradılması da layihədə öz əksini tapıb.

 

Şagird və tələbələrin əmək bazarı ilə bağlı dəqiq məlumatlara yiyələnməsi üçün layihə çərçivəsində əmək yarmarkalarının, biznes planlaşdırma təlimlərinin təşkili nəzərdə tutulub. Eyni zamanda gənclərin karyera imkanlarını genişləndirmək üçün rəqəmsal alətlərdən istifadə olunması və bu prosesdə valideynlərin rolunun gücləndirilməsi üçün maarifləndirici görüşlərin keçirilməsi layihədə öz əksini tapıb.

 

Bu yanaşmalar gənclərin daha məqsədli və hazırlıqlı şəkildə karyera seçimlərini etməsinə kömək etmək məqsədi daşıyır.Məktəblər və universitetlər isə belə tədbirlər vasitəsilə təhsil verməklə yanaşı, eyni zamanda gələcək liderlərin inkişafına da şərait yaradacaqlar.


OXŞAR XƏBƏRLƏR

Bloqqer cərrahdan bərbad karyera üçün milyonlarla pul tələb edir - FOTO

Böyük Britaniyadan olan gözəllik bloqqeri Danielle Mansutti cərrahı məhkəməyə verərək ondan 1,7 milyon funt-sterlinq təzminat tələb edir.   Sfera.az bi...

Qadın lotereyada 2,5 milyon dollar qazandı: Kasıba verdiyi gödəkçənin cibində getdi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 76 yaşlı Mildred Simoneriluto lotereyada 2,5 milyon dollar qazanıb. Lakin lotoreya bileti təsadüfən onun xeyriyyə təşkilatı...

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...