Əsəd Rusiyaya belə qaçıbmış...- Hamını aldadıb


Əsəd Rusiyaya belə qaçıbmış...- Hamını aldadıb

Suriya Prezidenti Bəşər Əsədin ölkəni tərk etmək planlarını gizli saxladığı və qaçmazdan əvvəl rəsmiləri Rusiyanın yardım edəcəyinə əmin etdiyi iddia olunur.

 

Sfera.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

 

“Moskvaya qaçmasına bir neçə saat qalmış Əsəd şənbə günü Müdafiə Nazirliyində 30-a yaxın hərbi və təhlükəsizlik rəisləri ilə görüşdə Rusiyanın hərbi dəstəyinin yolda olduğuna inandırıb və quru qoşunlarını müqavimətə çağırıb”, - deyə agentlik qeyd edib.

 

Bildirilir ki, o, qaçış planlarını uzun müddət gizlədib, hətta elit 4-cü zirehli diviziyanın komandiri kiçik qardaşı Maher Əsədə belə məlumat verməyib.

 

Əsədin köməkçisinin sözlərinə görə, o, şənbə günü prezident aparatının rəhbərinə işini bitirdikdən sonra evə getdiyini deyib, lakin hava limanına gedib.

 

Onun sözlərinə görə, Əsəd həmçinin media üzrə müşaviri Buthaina Şaabana zəng edib və ondan çıxış yazmaq üçün evinə gəlməsini istəyib. Müşavir isə evə gəldikdə heç kimin olmadığını görüb.

 

Üç keçmiş yaxın köməkçisi və yüksək rütbəli regional məmur Əsədin yaxın ailəsi, həyat yoldaşı Əsma və üç uşağının onu Moskvada gözlədiyini bildirib.

 

Məlumata görə, Əsəd evindən tələsik çıxıb. Onun evindən çəkilmiş videolarda ailə albomları, sobada qalan bişmiş yeməklər əksini tapıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan onu Türkmənistana təhvil verdi

Türkmənistanın Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Sap...

Azərbaycanda bu il 18 milyard manatlıq məhsul satılıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhs...

Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamda dəyişiklik edilib.   Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyin...

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hər...

Prezident onu hərbi prokuror təyin etdi

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.   Sfera.az  xəbər verir ki, Prezident İlham...

Əhalinin yanacaq xərcləri artdı

Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 156 mln. manat xərclənib. ...