THY Türkiyədən Azərbaycana və əks istiqamətə uçuşları təxirə salıb

THY Türkiyədən Azərbaycana və əks istiqamətə uçuşları təxirə salıb

Türkiyə Hava Yolları (THY) Türkiyədən Azərbaycana və əks istiqamətə uçuşları təxirə salıb.

 

APA-nın THY-nin  rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, uçuşların təxirə salınmasına səbəb qarlı hava şəraitidir.

 

İstanbul Atatürk Hava Limanından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və əks istiqamətdə 8-9 yanvar tarixlərində həyata keçirilməsi nəzərdə tutulan 5 uçuş təxirə salınıb.

 

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 471 uçuşunu müvəqqəti dayandırıb.


OXŞAR XƏBƏRLƏR