“Mobil Notariat”ın veb-sayt versiyası istifadəyə verildi

“Mobil Notariat”ın veb-sayt versiyası istifadəyə verildi

Notariat xidmətlərinin bütün növ platforma istifadəçiləri üçün daha əlçatan olması məqsədilə artıq “Mobil Notariat” tətbiqinin veb-sayt versiyası - “notariat.az” istifadəyə verilib.

 

“Qafqazinfo” xəbər verir ki, yeni istifadəyə verilmiş veb-sayt vasitəsilə etibarnamə və ərizələr də daxil olmaqla, 15 xidmət üzrə əməliyyatları elektron şəkildə həyata keçirmək mümkündür.

 

Bu xidmətlər arasında ərizə və etibarnamə verilməsi, vərəsəlik işlərinin və sənədlərin yoxlanılması, həmçinin digər sənədlərin rəsmiləşdirilməsi xidmətləri də istifadəçilər üçün əlçatandır.

 

Qeyd edək ki, “Mobil Notariat” mobil tətbiqi və veb-sayt 24/7 rejimində fəaliyyət göstərir. Həftəsonu və bayram günlərində də xidmətlərdən istifadə etmək mümkündür.

 

İstifadəçilər mobil tətbiqdə və veb-saytda bütün notariat hərəkətləri ilə bağlı sənədlərini şəxsi kabinetdə görə, sənədlərin statusunu izləyə, sənədlərlə bağlı əməliyyatlar həyata keçirə, onların elektron versiyasından istifadə edə, həmçinin sənədlərin qüvvədən düşməsi ilə bağlı bildirişi dərhal əldə edə bilər.

 

Xidmət yalnız ölkə daxilində yaşayan vətəndaşlar üçün deyil, həm də xaricdə yaşayan Azərbaycan vətəndaşları, müvəqqəti və ya daimi yaşayış icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün də əlçatandır.

 

Veb-sayt barədə ətraflı məlumatla videoya keçid edərək tanış olmaq mümkündür.


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...