Uşaqları sosial şəbəkələrdə olan təhlükələrdən necə qoruyaq? - Ekspertdən ÇAĞIRIŞ

Uşaqları sosial şəbəkələrdə olan təhlükələrdən necə qoruyaq? - Ekspertdən ÇAĞIRIŞ

İnternet və sosial şəbəkələr müasir dövrdə həyatımızın ayrılmaz bir parçasına çevrilib. Artıq internet platformalarından nəinki ünsiyyət və əyləncə üçün, eyni zamanda, iş, alış-veriş, hətta qazanc məqsədi ilə də istifadə etmək mümkündür. Lakin sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, olduqca ciddi problemlər yarada bilən mənfi təsirləri də az deyil.

 

Bəs uşaqları sosial şəbəkələrdə olan təhlükələrdən necə qorumaq olar?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, texnologiya və sosial şəbəkələr uşaqların diqqətini dağıdır, mənfi təsirlərə məruz qalma ehtimalını artırır və təhsilə olan marağını azaldır.

 

Onun sözlərinə görə, məktəblərdə və evdə şagirdlərin telefon və sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq lazımdır:

 

"Dərs zamanı telefonlardan istifadəyə tam qadağa qoyulmalıdır. Valideynlər evdə sosial media istifadəsini nəzarətə götürməli və vaxt limiti tətbiq etməlidir. Şagirdlər asudə vaxtlarını kitab oxumağa, idmana və digər faydalı fəaliyyətlərə yönəltməlidirlər. Şagirdlərin sağlam zehni inkişafı üçün onları real həyatın dəyərləri ilə tanış etməli və texnologiyanın deyil, bilik və bacarıqların önəmini aşılamalıyıq. Unutmayaq ki, gələcəyimiz onların əlindədir".

 

Firuzə Əliyeva

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...