Bu gün Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir – Cavanşir Feyziyev

Bu gün Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir – Cavanşir Feyziyev

Bu gün – 7 dekabr Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 106 il öncə bu gün Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ilk iclasını keçirib, müstəqilliyimizin və hürriyyətimizin rəmzi olan üçrəngli bayrağımızı ilk parlament binasının üzərində qaldırıb. 70 il ərzində səsləndirilməsi qadağan olunmasına baxmayaraq ürəklərdə yaşadılmış azadlıq düşüncələrində, müstəqillik arzularında və demokratiya xəyallarında qorunub saxlanmış “Bir kərə yüksələn bayraq bir daha enməz” məşhur kəlamı da ilk dəfə məhz o gün səsləndirilib. 1991 – ci ildə xalqımız bütün qadağalara sinə gərərək hürriyyət bayrağımızı yenidən ucaltmaqla Azərbaycan xalqının istiqlal əzmini qırmağın mümkün olmadığını bütün dünyaya sübut etdi.

 

Azərbaycan öz müstəqilliyini bərpa etdi və Ulu öndər Heydər Əliyevin sayəsində özünün dediyi kimi, …Azərbaycan dünyaya günəş kimi yenidən doğdu.”

 

Tariximizin bütün dönəmlərində Müstəqillik və Dövlətçilik hər bir Azərbaycanlı üçün uğrunda canını belə əsirgəməyəcəyi ən müqəddəs amal olmuşdur. Ona görə də bu gün ən böyük bayramlarımızdan biri kimi milli, dini, irqi mənsubiyyətindən və istənilən digər fərqlilikdən asılı olmayaraq hər bir Azərbaycanlı üçün müqəddəs bir tarixdir. Bu gün fərqli millətlərin və mədəniyyətlərin Azadlıq və Müstəqillik uğrunda vahid bir ailədə birləşdiyi Azərbaycan tarixinin bu günkü və gələcək nəsillərə qürur yaşadan şanlı səhifəsidir. Bu tarixi gün münasibətilə bütün xalqımızı təbrik edir, bayrağımızın həmişə ucalarda olmasını arzulayıram.

 

7 dekabrın tarixi əhəmiyyəti yalnız Vətənimiz Azərbaycanla məhdudlaşmır. 106 il öncə ilk Milli Məclisimizin öz işinə başlaması böyük türk dünyası tarixində və coğrafiyasında xalqın iradəsi ilə formalaşmış ilk parlament olmaqla bütün türk xalqlarının hər zaman qürur duyacağı tarixi bir nailiyyətdir. Bu baxımdan 106 yaşlı Azərbaycan parlamenti bütün türk xalqları üçün azadlıq, müstəqillik və türk demokratiyası və parlamentarizminin beynəlxalq miqyasda ilk təntənəsidir. 7 dekabr günü bütün türk xalqları üçün parlamentarizm və demokratiyanın inkişaf perspektivlərində hər zaman istinad edəcəyi müasir əsaslı türk dövlətçiliyi tarixinin başlanğıc günüdür. Ona görə də Azərbaycan parlamentinin 106- cı ildönümü münasibətilə bütün türk xalqlarını təbrik edir, dünyanın müxtəlif bölgələrində yaşayan bütün türk xalqlarına əbədi İstiqlal arzulayıram.

 

Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru


OXŞAR XƏBƏRLƏR

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...