Ukraynanın xarici borcu ARTIR: “Bataqlıqdan” necə qurtulacaq? – ÜÇ SSENARİ

Ukraynanın xarici borcu ARTIR: “Bataqlıqdan” necə qurtulacaq? – ÜÇ SSENARİ

Rəsmi məlumatlara görə,  Ukraynanın xarici borcu 2024-cü ilin ikinci rübündə 169 milyard dolları keçib. Bu isə istər-istəməz özlüyündə müəyyən suallar yaradır. Yəni, Ukrayna getdikcə batdığı borc bataqlığından neçə çıxacaq? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən bu günə qədər, yəni 2014-2024-cü illər arasında Ukrayna beynəlxalq maliyyə təşkilatlarından aldığı borc təxminən 45-50 milyard dollar, Avropa İttifaqından və digər ölkələrdən aldığı vəsait də oxşardır:

 

“Eyni zamanda Kiyev 50 milyardlıq avro həcmində müxtəlif formalı maliyyə yardımları alıb.  Ukraynanın Ümumi Daxili Məhsulu (ÜDM)  isə 2023-cü ildə 207 milyard dollar olub.  Bu artıq xarici borcun ÜDM-in 80%-ni keçməsi deməkdir. Gələn ilin sonuna qədər isə borcun səviyyəsinin iqtisadiyyatın həcmini keçmə ehtimalı böyükdür. Çünki Ukrayna bir neçə gün əvvəl Avropa İttifaqından 35 milyard avro məbləğində yardım almaq üçün kredit sazişi imzalayıb. Noyabrın 28-də bu təşəbbüs çərçivəsində Kiyev artıq 18.1 milyard avro alıb. Deməli, artıq borc 200 milyard dollar yaxınlaşır. Hesab edirəm ki, iqtisadiyyatı ayaqda saxlamaq, müharibəni davam etmək və digər məqsədlər üçün Ukraynaya hələ daha yüz milyardlarla dollar lazım olacaq”.

 

İqtisadçı qeyd edib ki, Ukraynanın borclarını necə qaytaracağına gəldikdə isə, problem 3 ssenari üzrə həll edilə bilər:

 

“Pis ssenari odur ki, Ukraynanın bütövlüyü və suverenliyi ilə bağlı real risklər ortaya çıxa bilər. Orta ssenari budur ki, Qərb Ukraynının bu borcunun qaytarılması üçün şəraitin yaradılması üçün müharibədən sonra borcun yenidən strukturizasiyasını apararaq əlverişli zaman möhlətləri təqdim edilə bilər. Ukrayna üçün yaxşı ssenari isə bu olardı ki, Rusiyanın dondurulmuş valyuta ehtiyatları vasitəsilə Ukraynanın borcları ödənilsin.  Amma bütün bunların əsasında müharibənin nə zaman və hansı nəticələrlə bitməsi dayanır. Müharibə Rusiyanın qələbəsilə bitərsə, o zaman tamamilə fərqli vəziyyət və fərqli ssenari yaranacaq”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...